Sadıq Sadıqov: "Kardoso "Neftçi"nin gücünə güc qatacaq"

Sadıq Sadıqov: "Kardoso "Neftçi"nin gücünə güc qatacaq"
ÖLKƏ FUTBOLU 17 İyun 2013 / 17:42 3240
-  A +

"Bilirsiniz ki, “Neftçi”nin hədəfləri hər zaman böyük olub. Əminəm  ki, Kardoso “Neftçi”nin hədəflərinə uyğun futbolçudur".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin prezidenti Sadıq Sadıqov yeni transferləri - Karlos Aleşandre Kardoso ilə bağlı klubun rəsmi saytına açıqlamasında deyib.

S.Sadıqov komandasının yalnız Kardosonu transfer etməklə kifayətlənməyəcəyini bildirib: "Bu oyunçu həm daxili çempionatda, həm də Çempionlar Liqasında komandamızın gücünə güc qatacaq. Lakin Kardoso ilə kifayətlənmək niyyətində deyilik. Çempionlar Liqasında azarkeşlərimizi sevindirmək və uğurla çıxış etmək üçün heyətimizi daha da gücləndirəcəyik”.

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?