“Neftçi” ilk transferini gerçəkləşdirdi

“Neftçi” ilk transferini gerçəkləşdirdi
ÖLKƏ FUTBOLU 16 İyun 2013 / 18:46 6746
-  A +

“Neftçi” mövsümlərarası fasilədə ilk transferini gerçəkləşdirir. Qol.Az-ın xəbərinə görə, “ağ-qaralar” braziliyalı müdafiçi Karlos Aleşandre Kardosonu rəsmən heyətinə qatacaq.

29 yaşlı futbolçu müxtəlif vaxtlarda Braziliyanın “Komersial”, Portuqaliyanın “Eştrela”, Rumıniyanın “Panduri” və Rusiyanın “Alaniya” klublarında oynayıb.
 
Onun son klubu Braziliya “Vitoriya”sı olub.

Artıq  Karlos Kardosonun “Neftçi” ilə müqavilə bağlamaq üçün Bakıya gəldiyi bildirilir.

 


Qarabağ FK
Son xəbərlər
09.09.26  13:12

Messidən unikal rekord

09.09.26  10:30

"Sabah" hücumçu aldı

topaz banner