“Qəbələ”dən daha bir rəsmi transfer

“Qəbələ”dən daha bir rəsmi transfer
ÖLKƏ FUTBOLU 16 İyun 2013 / 17:08 4695
-  A +

"Qəbələ" mövsümlərarası fasilədə sıralarını daha bir futbolçu ilə gücləndirib. Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, "qırmızı-qaralar" nigeriyalı hücumçu Abdulvahid Afolabi ilə birillik müqavilə imzalayıb.

22 yaşlı forvard karyerası boyunca "Niger Tornados" (Nigeriya), "Tavriya" (Ukrayna) və "Kuban" (Rusiya) komandalarında top qovub. O, son mövsümü “Kuban”da keçirib və iki oyunda meydana çıxıb.

Afolabi Nigeriya gənclər yığmasının üzvüdür.

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?