Azərbaycan millisinin üzvü Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın "Rubin" (Kazan) klubu bu mövsüm Avropa Liqasından kənar qala bilər.
Qol.Az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb Kazan təmsilçisinin həm ölkə çempionatı, həm də Avroliqa üçün lisenziya vərəqəsi almamasıdır.
"Rubin" daha öncə - iyunun 3-də lisenziya alsa da, burada lisenziyalaşdırma meyarları pozulduğu üçün qəbul edilməmişdi. Buna görə də Rusiya təmsilçisi növbəti həftə apellyasiya şikayəti verərək məsələyə yenidən baxılmasını tələb edib. Ümumilikdə isə "Rubin"in iyunun 20-dək vaxtı qalıb. Məhz həmin gün Rusiya Futbol Federasiyası (RFF) Avrokuboklarda iştirak edəcək klubların siyahısını UEFA-ya təqdim edəcək.
Qeyd edək ki, ötən mövsümü 6-cı pillədə başa vuran "Rubin" Avropa Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. "Rubin" lisenziya ala bilməyəcəyi təqdirdə isə Kazan təmsilçisini ötən mövsümün 7-cisi "Dinamo" (Moskva) klubu əvəz edəcək.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi
Messidən unikal rekord
ÇL-in oyunları bu kanallarda
İtaliya millisinin sabiq hücumçusu B Seriyasında