“Çox istərdik ki, Lüksemburqa qalib gələk. Bu komanda ilə bərabərə oynamaq ürəkaçan deyil. Amma oyun baxımından komandamız həqiqətən çox yaxşı çıxış etdi. Bəlkə də seçmə mərhələdə komandamız ən yaxşı oyununu göstərdi. Top saxlamaqda və hücumlarda aşkar üstünlüyümüz var idi. Sadəcə nəticə pis oldu”.
Qol.Az saytına açıqlamasında bu sözləri milli komandamızın və “Bakı” klubunun üzvü Rauf Əliyev DÇ-2014-ün seçmə mərhələsində millimizin Lüksemburqla oyunu (1:1) haqda danışarkən deyib.
O, millimizin qalib gələ bilməməsinin səbəblərindən də danışıb: “Ələ düşən qol epizodlarından yararlanmaq lazım idi. Çünki milli komandaların oyunlarında belə fürsətlər az olur. Ondan istifadə edə bilməyəndə qalib gəlmək çətinləşir. Qolu daha tez vurmaq lazım idi. Komandamız yaranmış şanslardan istifadə etsəydi, 2-3 top fərqi ilə qalib gələrdik. Qol vurduqdan sonra komandamız rahatlaşmamalı idi. Hesabda irəli çıxdıqdan sonra ehtiyatsızlıq komandamızın qalib gələ bilməməyinin əsas səbəblərindəndir”.
Portuqaliya ilə matçda qırmızı vərəqə aldığı üçün bu oyunu buraxan millimizin hücumçusu bundan çox təəssüfləndiyini bildirib: “Portuqaliya və Rusiyadan fərqli olaraq Lüksemburq kimi komandalarla oyunda qol vurmaq şansı daha çox olur. Ona görə də oynamadığım üçün çox təəssüflənirəm. Komandamın oyununa qıraqdan baxmaq, kömək edə bilməmək çox üzücü olur. Millimizin növbəti oyununda özümü elə göstərəcəm ki, fikirləşsinlər ki, Lüksemburqla oyunda olsaydım, tam başqa nəticə olardı”.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi