“Yaranan fasilədən yaxşı istifadə etdik. Qarşıdan bizi Avropada çətin oyunlar gözləyir. Ona görə də gücümüzü bərpa etmək üçün istədiyimiz kimi dincəldik. Hər şey qaydasındadır. Avroliqa oyunlarına tam hazıram”.
Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ”ın futbolçusu Vüqar Nadirov deyib.
O, Avrokuboklara ciddi hazırlaşdıqlarını deyib. “Artıq ayın 8-dən məşqlərə başlamışıq. Futbol üçün darıxmşıdım. Ona görə də böyük həvəslə hazırlıqlarda iştirak edirəm. Bu gün növbəti məşqimiz olacaq. Əsasən qaçmağa üstünlük veririk. Səbirsizliklə Avroliqanı gözləyirik. Elə Avropadan ötrü də darıxmışıq. İnşallah bu il əvvəlki illərdə olduğu kimi uğurlu çıxışımızla xalqımızı sevindirmək istəyirik”.
V.Nadirov milli komandamızın DÇ-2014-ün seçmə mərhələsində Lüksemburqla oyunundan (1:1) da danışıb. Sarı vərəqə limitinə görə oyunu buraxan futbolçu bundan çox təəssüfləndiyini bildirib. Milli komandamızın üzvü yığmamızın oyunundan razı qaldığını qeyd edib: “Komandamız pis çıxış etmədi. Futbolçularımız hər şey etdilər ki, qələbə qazanaq. Sadəcə nəticə istənilən kimi olmadı. Qalib gələ də bilərdik. Çox istərdim ki, Lüksemburqa qarşı oynayım. Bəlkə də, komandamın vacib qolunu vurardım”.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”