Lippert: "Araz Abdullayev olsaydı..."

Lippert: "Araz Abdullayev olsaydı..."
ÖLKƏ FUTBOLU 9 İyun 2013 / 00:01 3876
-  A +

"Hücumlarımızın keyfiyyəti və kəsərliliyi istənilən səviyyədə deyildi. Bununla belə, futbolçularımız əzmkarlıqla oynadılar və meydanın hər qarışı uğrunda mübarizə apardılar. Bu baxımdan komandaya heç bir iradım yoxdur".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri 21 yaşlılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernhard Lippert DÇ-2014-ün seçmə mərhələsində Makedoniya millisinə qarşı oyundan (0:0) sonra deyib.

Almaniyalı mütəxəssis əsas milli komandamızda çıxış edən Araz Abdullayevin yoxluğunu böyük itki adlandırıb: "Hesab edirəm ki, bu gün heyətimizdə Araz Abdullayev olsaydı, daha kəsərli hücumlar qura bilərdik. Qarşıdakı oyunlarda hücum xətti ilə bağlı problemi həll etməyə çalışacağıq".

Daha çox


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner