Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Lüksemburqla keçirilən oyundan sonra (1:1) keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Nəticədən razı qala bilmərəm. Lazımsız səhvlərə görə qələbəni əldən verdik. Altı oyundan dördünü heç-heçə etmişik. Ancaq üç oyunda qalib gələ bilərdik. Beynəlxalq futboldan şanslardan istifadə edə bilməyəndə qolu rəqib vurur. Hətta məğlub da ola bilərdik".
- Lüksemburqun qapıçısı çox cüssəli idi. Bu qapıçıya yerlə zərbə vurmaq lazım idi. Ancaq oyunçularımız belə zərbələrə üstünlük vermirdilər...
- Qırx ildi, futboldayam. Küncdən zərbəni göylə vururlar. Xokkeydə yerlə vura bilərlər.
- Niyə iki dayaq yarımmüdafiəçisi ilə oynadıq?
- Çünki bu, bizim sistemimizdir. Bunu dəyişdirə bilmərik. Rəqib iki hücumameyilli yarımmüdafiəçi ilə oynayırsa, biz də iki dayaq yarımmüdafiəçisi ilə oynamalı idik.
- Araz Abdullayev sol, Vaqif Cavadov isə sağ cinahda oynamalı olduğu halda, niyə meydanda yerləri dəyişmişdi?
- "Neftçi"də də Araz beş dəqiqəni solda, 85 dəqiqəni sağda oynayır.
- Ötən mövsüm Premyer Liqada oyunları ərzində heç nə ilə yadda qalmayan Branimir Subaşiçin heyətdə yer alması nə dərəcədə düzgün idi? Qırmızı vərəqə alaraq komandasını azlıqda qoydu.
- B.Subaşiçin qırmızı vərəqə almasının səbəbini hakimdən soruşun. Qırmızı vərəqə hakimin səhvindən oldu. Bizə hücumu gücləndirmək lazımdır. Ona görə B.Subaşiç meydana çıxmalı idi. Ölkə çempionatında da Subaşiçi 20 dəqiqə oynadırlar. Yaxşı da təsir bağışladı.
- Bəs azarkeşlərin borcunu kim qaytaracaq?
- Təəssüflər olsun ki, mən oynaya bilmirəm. Biz millidə fərqli sistemlə oynayırıq. Məncə, bu oyuna görə komandanı çox tənqid etmək olmaz. Cinahlardan yaxşı hücumlar təşkil edirdik. Həm də bu gün bombardirlər siyahısında azərbaycanlı yoxdur.
- Hansı addımları atdınız ki, azərbaycanlı çempionatda futbolçular qol vursun?
- Bütün məşqlərdə bunun üzərində işləmişik. Əksəriyyəti yaxşı alınmışdı. Sadəcə qol vura bilmədik.
"Tottenhem"in kapitanı cəzalı vəziyyətə düşdü
"Fənərbaxça" klubunun prezidenti saxlanıldı
Zidan oğlunu Mərakeşdə tribunadan izlədi
"Ronaldo Portuqaliya yığmasının əvəzolunmaz oyunçusudur"
“Çelsi”nin iki futbolçusu zədəsini sağaltdı
"Marsel"in hücumçusu İtaliya klubuna doğru yol aldı
"Atletiko"dan digər ispan klubuna keçdi
"Mançester Yunayted"də itkilər var
“Fənərbaxça” heyətini ilk onunla gücləndirəcək
“Neftçi” daha bir legioner ala bilər
"Karvan-Yevlax"ın qış hazırlıq planı bəlli oldu
Bu şəhərdə bütün futbol matçları təxirə salındı
İspan klubu “Qarabağ”ın şikayəti əsasında cərimələndi
UEFA “Napoli”ni “Qarabağ”la oyuna görə cərimələdi
"Şimal" və "Bakı Sportinq"dən qələbə, Mingəçevirdə heç-heçə
"Real" Vinisiusla bağlı qərar verdi
Balotelli ərəb klubuna keçə bilər
Ronaldo adada 2 villa aldı
Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı
"Kişi şahmatçılarla qarşılaşmaq daha maraqlı ola bilər"
Kenan Yıldız İngiltərə nəhənglərinin hədəfində
"Qarabağ"ın daha bir futbolçusuna Braziliyadan təklif var
Millimizin üzvləri şagirdlərlə görüşdü
2-ci liqanın bombardirləri açıqlandı
Murad Musayev Rusiyada ilin məşqçisi seçildi
Braziliya millisinin üzvünün yeni klubu məlum oldu
"Fənərbaxça" prezidentinin narkotik testi müsbət çıxdı
İngiltərə Kubokunun yarımfinalçıları
“Atletiko” Dieqo Simeone ilə müqaviləni uzatmağı düşünür