"Lüksemburqa qalib gəlməyə borcluyuq"

"Lüksemburqa qalib gəlməyə borcluyuq"
ÖLKƏ FUTBOLU 6 İyun 2013 / 17:05 2645
-  A +

Milli komandamızın və “Xəzər Lənkəran” klubunun üzvü Rasim Ramaldanovun Qol.Az saytına müsahibəsi


-  Sabah milli komandamız DÇ-2014-ün seçmə mərhələsində Lüksemburq yığması ilə qarşılaşacaq. Oyuna hərtərəfli hazırsınız?

- Hazırlıqlar yüksək səviyyədədir. Gündə bir dəfə məşq edirik. Bütün futbolçularımız oyunun məsuliyyətini dərk edir. Həm psixoloji, həm də fiziki cəhətdən komandamız bu oyuna tam hazırdır. Sabah üç xalı biz qazanmalıyıq.

- Hamı millimizdən qələbə gözləyir. Yığmamız necə, qələbəyə hazırdır?

- Haqlı olaraq bizdən qələbə gözləyirlər. Çünki Lüksemburq kimi komandaya qalib gəlməyimiz vacibdir və buna borcluyuq. Həm də, öz meydanımızda oynayırıq. İnşallah qələbə qazanarıq.

- Qətərlə yoldaşlıq oyunu haqda nə deyə bilərsən?

- Komandamız yaxşı oynadı. İsti hava şəraitində pis çıxış etmədik. Qətərin heyətində güclü futbolçular var. Komanda şəklində də yaxşı oynayırlar. Məncə 1:1 hesablı nəticə pis deyil.

- Lüksemburqu Qətərdən zəif saymaq olar?

- Bəli. Məncə də Qətər daha güclüdür. Ona görə də Lüksemburqla oyun bizim üçün çətin olmamalıdır.

- Amma Lüksemburq yığması da iddialı danışıb. Bildirirlər ki, Azərbaycana üç xal dalınca gəliblər.

- Onlar yəqin ki, qrupda ən zəif bizi görürlər. Ona görə də belə danışırlar. Xal qazanıb, bizi üstələmək istəyirlər. Ancaq bizim borcumuzdur ki, onların bu arzusuna imkan verməyək.

- Hücum xəttində olan itkilərin yerini doldurmaq çətin olmayacaq?

- İtkilərin əvəzində bizdə Rüfət Dadaşov və Pərdis Rərcad-Azad var. Yəqin ki, onlar Rauf və Vüqarın yoxluğunu hiss etdirməzlər. İnşallah qol vurub üç xalmızı qazanarıq.

- Rüfət Dadaşov Qətərlə oyunda qol vurdu. Bu futbolçunun oyununu bəyəndin?

- Onu deyə bilərəm ki, ucaboy, yaxşı hücumçudur. Oyunu mənim xoşuma gəlir. Qol vurmaqdan əlavə oyununu da bəyəndim. Sabahkı oyunda qol vura bilər.

- Yəqin baş məşqçi hücum futbolu oynamağı tapşırıb?

- Bəli. Əsas gücü hücuma verəcəyik. Lüksemburqun oyununa yaxşı bələdik. Keçən oyunda da gördük ki, onlar oyunu arxadan qururlar. Əsasən müdafiə futbolu oynayırlar. Buna görə də yəqin ki, Berti Foqts müəyyən dəyişiklik edəcək. Təbii ki, baş məşqçimiz sabahkı oyun üçün müəyyən bir taktika seçib. Çalışıb tez bir zamanda qolumuzu vurmalıyıq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?