"Azərbaycanla oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olub. Hücumda heç bir problemimiz yoxdur".
Qol.Az-ın məlumatına görə, bu sözləri Lüksemburq milli komandasının baş məşqçisi Luk Holtz ölkəsinin mətbuatına açıqlamasında deyib.
43 yaşlı mütəxəssis millimizə hörmətlə yanaşdıqlarını bildirib: "Azərbaycan bir müddət öncə Qətərlə yoldaşlıq görüşü keçirdi və rəqibi ilə 1:1 bərabərə qaldı. Bu onlar üçün heç də pis nəticə sayılmamalıdır. Ancaq bizimlə oyun yoldaşlıq görüşü deyil. Rəqibə hörmətlə yanaşırıq.
Oyundan oyuna daha da artırırıq. Əvvəlki seçmə mərhələlərlə müqayisədə bu dəfə qrupdakı vəziyyətimiz yaxşıdır. Bakıda hərarətin çox olmasına gəldikdə isə biz daha əvvəl də isti ölkələrdə oyunlar keçirmişik. Məncə, bu, bizə problem yaratmamalıdır. Demək olar ki, Azərbaycanla oyuna tam hazırıq".
Qeyd edək ki, iyunun 7-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Lüksemburq oyunu saat 21:00-da başlayacaq.
“İmişli”yə qayıtdı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi