Berti Foqts: "Qələbəni özümüz qazanmalıyıq"

Berti Foqts: "Qələbəni özümüz qazanmalıyıq"
ÖLKƏ FUTBOLU 5 İyun 2013 / 14:42 2064
-  A +

DÇ-2014-ün  seçmə mərhələsində iyunun 7-də Lüksemburq yığması ilə qarşılaşacaq milli komandamızın baş məşqçisi Berti Foqts bu gün mətbuat konfransı keçirib.

Qol.Az-ın məlumatına görə, almaniyalı mütəxəssis millimizin Qətərlə yoldaşlıq görüşündən və Lüksemburqla oyunun hazırlığından danışıb:
“Qətərlə yoldaşlıq oyunu çox vacib idi. Sevinirəm ki, qarşılıqlı razılığa gəlib bu oyunu keçirdik. Bəzi futbolçulardan razı qaldım, bəzilərindən isə yox. Lüksemburqla oyuna ciddi hazırlaşırıq. Oyunçularda istək çox olsa, qalib gələcəyik. Qələbəni özümüz qazanmalıyıq. Lüksemburq qələbəni bizə hədiyyə etməyəcək”.

Berti Foqts hücum xəttində boşluğun olduğunu deyib: “Rauf Əliyev və Vüqar Nadirovdan başqa Cihan Özkara da meydana çıxa bilməyəcək. Pərdis Fərcad-Azad isə zədəlidir və oynayacağı sual altındadır. Bunlar bizim üçün böyük itkidir. Azərbaycan futbolunda hücumçu və qol vurmaq problem var. Bunu çempionatda bombardirlər siyahısına baxanda görmək olar”.

Daha çox


Son xəbərlər
04.10.24  21:15

Poqba futbola qayıdır

04.10.24  20:25

"Borussiya"da itki

04.10.24  16:44

"Haaland vəhşidir"

04.10.24  14:39

Ramos "Yuventus"da?