İyunun 7-də Lissabonda Rusiya millisinə qarşı keçiriləcək oyun ərəfəsində portuqaliyalı azarkeşlər komandalarının lideri Kriştiano Ronaldonun oyunundan narazılıqlarını ifadə ediblər. Qol.Az-ın sports.ee saytına istinadən yaydığı xəbərə görə, fanatlar Ronaldodan çox sərt şəkildə öz oyununu düzəltməyi tələb ediblər.
Qeyd edək ki, Azərbaycan millisi ilə eyni qrupda yer alan Portuqaliya yığması DÇ-2014-ün final mərhələsinə getməmək təhlükəsi ilə qarşılaşıb.
Portuqaliyalı azarkeşlər zəif nəticəyə görə komandanın kapitanı Ronaldunu təqsirli bilirlər.
“Bəli, onun milli komandada klubdakı kimi partnyorları yoxdur. Bəs, hanı ustalıq və qol vurmaq bacarığı? Məgər Azərbaycan və Şimali İrlandiya belə güclüdür ki, onları çətinliklə uduruq? Əgər Ronaldo səhvini düzəltmək istəyirsə, o zaman qarşıdakı oyunda Rusiyanı “məhv” etməlidir. Bununla da o, azarkeşlərin inamını qaytara bilər” – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, ruslara uduzacağı təqdirdə Portuqaliya birinci yeri tutmaq şansını birmənalı olaraq itirəcək. Bu halda onlar yalnız ikinci yeri tutub “pley-off”a vəsiqə əldə etmək və orada uğur qazanmaqla DÇ-2014-ün final mərhələsinə düşə bilərlər.
“İmişli”yə qayıtdı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi