“Hamımız milli komandamızdan qələbə istəyirik. Yay fasiləsinə yaxşı əhvalla getmək üçün qalib gəlməliyik. Bunu futbolçular da, məşqçi korpusu da yaxşı başa düşür. Lüksemburq millisinə qarşı oyuna arxayın hazırlaşmaq olmaz. Rusiya, Portuqaliya kimi komandalara qarşı oyunda baş məşqçi deməsə də, oyunçu özü məsuliyyəti yaxşı dərk edir. Ancaq Lüksemburq kimi komandalarla oyunda futbolçulara böyük motivasiya lazımdır. Nəzərə almaq lazımdır ki, Lüksemburq güclü Portuqalya yığması ilə heç-heçə etdi".
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov milli komandamızın DÇ – 2014-ün seçmə mərhələsində iyunun 7-də Lüksemburqla qarşılaşacağı oyun haqda danışarkən deyib.
Təcrübəli mütəxəssis milli komandamızın daha şanslı olduğunu bildirib: “Bəzi amilləri nəzərə alanda millimiz daha üstün görünür. Həmçinin Azərbaycan yığması həmişə ev oyunlarında yaxşı təsir bağışlayır. Məncə, bu oyunda komandamız qalib gələcək. Futbolçularımız özləri də bunu düşünməlidir. Bizi indiki vaxtda ancaq qələbə qane etməlidir".
“İmişli”yə qayıtdı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi