“Formada olmadığım üçün bir müddət milli komandaya çağrılmadım. Yenidən milliyə qayıtmaq mənim üçün çox xoşdur. Buna görə Berti Foqtsa təşəkkür edirəm”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının üzvü Arif İsayev deyib.
Türkiyəninin “Dənizlispor” klubunda çıxış edən futbolçumuz DÇ – 2014-ün seçmə mərhələsində milli komandamızın iyunun 7-də Lüksemburqla qarşılaşacağı oyun haqda nikbin danışıb: “Komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm. Yığma komandamızın ab-havasını hiss etmək çox xoşdur. Hazırlıqlar yaxşı gedir. “Dənizlispor”dan da yaxşı formada gəlmişəm. İndi də çalışıram formamı saxlayım. Lüksemburqla oyundan yalnız qələbə gözləyirəm. Komanda yoldaşlarımın durumu da bunu deməyə imkan verir ki, qalib gələcəyik. Doğma vətəndə oynadığımız üçün başqa yolumuz da yoxdur”.
“İmişli”yə qayıtdı
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi