Sabah İsveçrənin Nyon şəhərində 2009/10 mövsümü üçün Çempionlar Liqası və Avroliqanını püşkatma mərasimi keçiriləcək. Qol.Az-ın məlumatına görə, Bakı vaxtıyla saat 15:00-da başlayacaq püşkatma mərasimində əvvəlcə Çempionlar Liqasının, ardınca isə Avroliqanın ilk iki mərhələsin püşkü atılacaq. Bu isə o deməkdir ki, Azərbaycan klublarından ilk olaraq “Bakı”nın rəqibinin adı məlum olacaq.
Çempionlar Liqasının ilk təsnifat mərhələsində yalnız 4 komanda iştirak edəcək. “Moqren Budva” (Çernoqoriya) və “Sent Culiya” (Andorra) səpələnmişlərin, “Hibernians” (Malta) və “Tre Fiore” (San Marino) isə səpələnməmiş klubların arasındadır. Bu mərhlənin ilk oyunları iyunun 30-u və iyulun 1-də, cavab qarşılaşmaları isə bir həftə sonra baş tutacaq.
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Bakı” və ilk mərhələni adlayan 2 klubla birlikdə 32 komanda yarışacaq. “Zolaqlılar”ın mümkün rəqibləri arasında “Kopenhagen” (Danimarka), “Levski” (Bolqarıstan), “Partizan” (Serbiya), “Makkabi” (Hayfa, İsrail), “Dinamo” (Zaqreb, Xorvatiya), “Visla” (Polşa), BATE (Belarus), “Zaltsburq” (Avstriya), “Kalmar” (İsveç), APOEL (Kipr), “Stabek” (Norveç), “Slovan” (Slovakiya), “Ventspils” (Latviya), “Maribor” (Sloveniya), “Hafnarfyordur” (İslandiya), “İnter” (Finlandiya) və “Ekranas” (Litva) var. Qeyd edək ki, Çempionarl Liqasında ikinci təsnifat mərhələsinin ilk oyunları iyulun 14-15-də, cavab qarşılaşmaları isə 1 həftə sonra baş tutacaq.
Avroliqada isə mübarizəyə təmsilçilərimizdən ilk olaraq “Simurq” və “İnter” qoşulacaq. Hər iki təmsilçimizin mümnün rəqibləri arasında bu komandalar var:
“Rusenborq” (Norveç), “Anartosis” (Kipr), “Helsinqborq” (İsveç), “Motervell” (Şotlandiya), “Randers” (Danimarka), “Bney İequda” (İsrail), “Poloniya” (Varşava, Polşa), “Spartak” (Slovakiya), “Slaven” (Xorvatiya), “Rudar” (Sloveniya), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Haladaş” (Macarıstan), “Zimbru” (Moldova), “Sliqo Rovers” (İrlandiya), “Laxti” (Finlandiya), “Vetra” (Litva), “Dinaburq” (Latviya), “Dinamo”, “MTZ-RİPO” (hər ikisi Belarus), “Olimpi”, “Zestafoni” (Gürcüstan), “Keflavik”, “Fram” (hər ikisi İslandiya). Avroliqada ilk təsnifat mərhələsinin oyunları iyulun 2-i, cavab qarşılaşmakları isə iyulun 9-da oynanılacaq.
Mübarizəyə ikinci mərhələdən qoşulacaq “Qarabağ”ın mümkün rəqibləri arasında isə daha güclü komandalar var. Ağdam təmsilçisi “Styaua” (Rumıniya), “Bazel” (İsveçrə), “Qalatasaray” (Türkiyə), “Brondbyu”, “Olborq” (hər ikisi Danimarka), “Srvena Zvezda”, “Sevoyna” (hər ikisi Serbiya), “Metallurq” (Donetsk, Ukrayna), “Jlina” (Slovakiya), “Tromse” (Norveç), “Rapid” (Avstriya), “Fakuş Ferreyra” (Portuqaliya), “Breda” (Hollandiya), “Elfsborq” (İsveç), “Larisa” (Yunanıstan), “Falkirk” (Şotlandiya), “Çerno More” (Bolqarıstan), “Gent” (Belçika), “Siqma” (Çexiya), “Legiya” (Polşa), “Şturm” (Avstriya), “Dinamo” (Tiflis, Gürcüstan), “Makkabi” (Netanya, İsrail), “Omoniya“ (Kipr), “Sent Patriks”, “Derri Siti” (hər ikisi İrlandiya), “Novo Qoritsa” (Sloveniya), “Rieyka” (Xorvatiya), HİK, “Honka” (hər ikisi Finlandiya), “Rabotniçki” (Makedoniya) və birinci təsnifat mərhələsinin 9 qalibi var.
Təmsilçilərimiz üçüncü mərhələyə yüksələ bilsələr, o zaman bu mərhələdəki rəqiblərin adları iyulun 17-də atılacaq püşkatma mərasimində məlum olacaq. Sonda onu qeyd edək ki, "Qarabağ" istisna olmaqla digər 3 klubumuzun nümayəndələri artıq bu gün İsveçrəyə yollanırlar. Ağdam klubunu isə püşkatmada 3 il əvvəl olduğu kimi, yenə də "Bakı"nın baş meneceri Zeynal Məmmədov təmsil edəcək.
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
İtaliya klubunda yeni baş məşqçi
"Şəmkir" klubuna texniki məğlubiyyət verildi
AFFA "Neftçi"ni 23 min manat cərimələdi
"Sabah" və "Qarabağ"ın məşqçilərinə sərt cəza - Video
Osimhendən emosional paylaşım: "Heç vaxt unutmayacam"
"Sabah"ın qapıçısı Qazaxıstan klubundan təklif alıb
“Trabzonspor”un məşqçisi vəfat etdi
"Şamaxı" "Sportinq"in sabiq futbolçusunu transfer etdi
Eddi Hau: "İnsanları çaşdıra biləcəyimizi göstərdik"
"Tramp İranın DÇ-2026-da iştirak edə biləcəyini təsdiqlədi"
ÇL-in oyunları bu kanallarda
Slot "Qalatasaray"a məğlubiyyətdən danışdı
Mikels dublla "yubiley"ə qovuşdu
"Bavariya" "Atalanta"nı belə atəşə tutdu - Video
1-ci liqa: Lider autsayderin qonağı olacaq
“Azərbaycan liqasına qayıtmaq istəmirəm” – Cəlal Hüseynov
"Tottenhem" tarixində belə uğursuz olmamışdı
Yeni klubu Nərimanı belə təqdim etdi - Video
“Liverpul"un İstanbul məğlubiyyəti - Video
Okan Buruk: "Təsadüf olmadığını göstərdik"
Üç Azərbaycan güləşçisi finalda - Birinin rəqibi ermənidir
"San Paulu"nun yeni baş məşqçisi açıqlandı