“1 həftə Ukraynanın paytaxtı Kiyevdə oldum və orada kurslarda iştirak etdim. Hər şey normal keçdi. Mənə münasibət də yaxşı idi. Qeyd edim ki, məndən başqa, Zapapojesin “Metallist”, Özbəkistanın “Paxtakor” klublarının, eləcə də, Litvanın əsas və olimpiya millisinin baş məşqçiləri də kurslara qatılmışdılar. “Tavriya”nın baş məşqçisi Sergey Puçkov da mənimlə birgə idi. Onu sovet vaxtından tanıyıram, bir vaxtda futbol oynamışıq. Puçkov eyni zamanda Azərbaycanda da legioner həyatı yaşayıb (1997-ci il “Araz”da, indiki “Bakılı”)”. Dərslər səhər 09:00-dan axşam saat 18:00-a kimi davam edirdi. İlk gün Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Pandurka çıxış edərək iştirakçıları salamladı. Dərsləri Ayltman, İşenko, Morozov kimi, Ukraynanın tanınmış futbol mütəxəssisləri aparırdılar”. Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində PRO lisenziyalı məşqçilik kurslarında iştirak etmək üçün 1 həftə boyunca Ukraynanın paytaxtı Kiyevdə olan Yunis Hüseynov deyib. Hüseynov sentyabrda təşkil ediləcək növbəti mərhələnin məhşur “Bavariya”nın bazasında olacağını da diqqətimizə çatdırdı: “ Sesiyalarımız 14-20 sentyabr tarixində start götürəcək və Kiyevdə bir araya gəlib Almaniyaya yola düşəcəyik. Orada isə 1 həftə ərzində “Bavariya”nın bazasında olacağıq. Yəni, ilk sesiyamız Münxen klubunun bazasında baş tutacaq. Sonrakı mərhələlər isə hər biri 1 həftə olmaqla oktyabr, noyabr və dekabrda Kiyevdə olacaq. Dekabrda həm də imtahan verəcəyik və uğurla sınaqdan çıxsaq PRO lisenziyasına sahib olacağıq”. Hüseynov Ukraynada Azərbaycan futboluna olan münasibət haqda da danışdı: “Azərbaycan futboluna münasibət çox əla idi. Demək olar ki, internetdən və televiziyadan bütün oyunlarımızı izləyirlər. Pokora və Xodukinin burada işləməsindən xəbərdardırlar. Elə İspaniya ilə son yoxlama görüşünün nəticəsini də səhəri günü ilk olaraq ukraynalılar mənə dedilər. Gənc futbolçuları deyə bilmərəm, amma Ukraynanın futbol mütəxəssisləri yetərincə futbolumuzla maraqlanıb onu qiymətləndirirlər”.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi
"İmişli" - "Qarabağ": Heyətlər açıqlandı
"Qalatasaray" - "Barselona" matçını o idarə edəcək
“Real”ın düşərgəsində gərginlik artır
"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı
Mourinyo mətbuat konfransına niyə qatılmayıb?
Azərbaycan millisi 1/8 finalda Yaponiyaya uduzdu - Yenilənib
1000 addımlıq marafon: Ağdamdan Yevlaxa qədər
"Barselona" dayanmır - Video
Messi və Suares dubl etdi, uğursuz seriya bitdi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
"Real" və "Barselona"dan qələbə
Sumqayıtda vurulan 5 qol - Video