Hazırda milli komandamızda qol vuran futbolçu tapılmadığı halda, Ukrayna çempionatında oynayan həmyerlimiz, hücumçu Ruslan Zeynalov qolları sıralamaqdadır. O, artıq yerli fanatların da sevimlisinə çevrilib. Qol.Az-ın məlumatına görə, ötən həftə başa çatan Ukrayna çempionatının birinci dəstəsinin yekunlarına dair mətbuat konfransı keçirən 6-cı pillənin sahibi “Desna”nın baş məşqçisi Mixail Dunsya həmyerlimizi xeyli tərifləyib. O, Ruslanı yerli futbolçulara nümunə göstərib: “Azarkeşlər bəzən şikayətlənirlər ki, nəyə görə, “Desna”da yerli futbolçular az oynayır. Amma mən də sizə sual verirəm: mənə elə layiqli futbolçu göstərə bilərsiniz ki, yeri futbolçudur, əsas heyətdə oynamağa hazırdər, amma mən ona şans vermirəm? Yoxdur axı belə futbolçu. Mən bizim yerli futbolçulara Ruslan Zeynalovdan nümunə götürməyi məsləhət görərdim. O, yerli futbolçu deyil. Amma göstərdiyi oyunla azarkeşlərin sevgisini qazanıb və mən əminliklə deyərdim ki, o, buna layiqdir. Ruslan bu gün tribunaların bir nömrəli sevimlisidir. Düşünürəm ki, siz də mənimlə razılaşarsınız”.
Qeyd edək ki, 28 yaşlı Ruslanın atası azərbaycanlı, anası isə ukraynalıdı. Özü isə Ukraynada doğulub. Lakin dəfələrlə öz açıqlamalarında Azərbaycan millisinin formasını geyinməyə hazır olduğunu, bunun üçün Ukrayna vətəndaşlığından imtina etməyə belə hazır olduğunu dilə gətirib. O, "Desna"nın heyətinə ikinci dövrədə gəlsə də, 5 aya 6 qolla komandasının bombardiri olmağı bacarıb.
Xatırladaq ki, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts R.Zeynalovu komandamızın hələ otən il Bosniya və Andorra komandaları ilə keçirdiyi yoldaşlıq oyununa dəvət etsə də, futbolçuya bu matçlarda özünü göstərmək üçün şans verməmişdi.
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
İtaliya klubunda yeni baş məşqçi
"Şəmkir" klubuna texniki məğlubiyyət verildi
AFFA "Neftçi"ni 23 min manat cərimələdi
"Sabah" və "Qarabağ"ın məşqçilərinə sərt cəza - Video
Osimhendən emosional paylaşım: "Heç vaxt unutmayacam"
"Sabah"ın qapıçısı Qazaxıstan klubundan təklif alıb
“Trabzonspor”un məşqçisi vəfat etdi
"Şamaxı" "Sportinq"in sabiq futbolçusunu transfer etdi
Eddi Hau: "İnsanları çaşdıra biləcəyimizi göstərdik"
"Tramp İranın DÇ-2026-da iştirak edə biləcəyini təsdiqlədi"
ÇL-in oyunları bu kanallarda
Slot "Qalatasaray"a məğlubiyyətdən danışdı
Mikels dublla "yubiley"ə qovuşdu
"Bavariya" "Atalanta"nı belə atəşə tutdu - Video
1-ci liqa: Lider autsayderin qonağı olacaq
“Azərbaycan liqasına qayıtmaq istəmirəm” – Cəlal Hüseynov
"Tottenhem" tarixində belə uğursuz olmamışdı
Yeni klubu Nərimanı belə təqdim etdi - Video
“Liverpul"un İstanbul məğlubiyyəti - Video
Okan Buruk: "Təsadüf olmadığını göstərdik"
Üç Azərbaycan güləşçisi finalda - Birinin rəqibi ermənidir
"San Paulu"nun yeni baş məşqçisi açıqlandı