Son mövsüm tarixində ilk dəfə olaraq ölkə çempionatının bürünc mükafatını qazanan və bununla da ölkəmizi Avroliqada təmsil etmək hüququ qazanan “Simurq” heyətini məşhur ukraynalı futbolçu Oleq Şelayevlə gücləndirməyə yaxındır. Bu haqda Qol.Az-a Zaqatala klubunun mətbuat xidmətinin rəhbəri Rüstəm Əfsərli məlumat verib: “Oleq Şelayevin oyununu məşqçilər korpusu bəyənir. Klub rəhbərliyi də futbolçu ilə danışıqlar aparıb və ortaq məxrəcə gəlmək mümkün olub. Düzdür, rəsmi müqavilə qarşıdakı günlərdə imzalanacaq. Bununla belə, Şelayevin artıq “Simurq”un oyunçusu hesab etmək olar. Çünki klubla futbolçu arasında sözləşmənin bütün şərtləri razılaşdırılıb”.
Qeyd edək ki, Oleq Şelayev Ukrayna millisinin üzvüdür. Millidə 40 oyun keçirən yarımmüdafiəçi həm də 2006-cı ildə keçirilən dünya çempionatının iştirakçısıdır. Ukrayna millisinin heyətində Şelayev ¼ finala qədər irəliləməyi bacarmışdı. Mundialda Ukrayna millisinin keçirdiyi bütün oyunlarda meydana start heyətində çıxan Şelayev 435 dəqiqə meydanda olub, qol vurmayıb, 1 sarı vərəqəylə cəzalanıb.
32 yaşlı futbolçu karyerasının böyük hissəsinin vətənində - “Dnepr”in heyətin də keçirib. 10 il bu klubun şərəfini qoruyan Şelayev həm də komandanın kapitan sarğısını daşıyıb. Buna qədər isə Şelayev karyerasına Luqanskın "Zarya-MALS" klubunda başlayıb. Ardınca "Şaxtyor"a keçən Şelayev, daha sonra bir müddət "Metallurq"da da çıxış edir.
Şelayev dünya çempionatının 1/4 finalçısı olmaqdan əlavə 2 dəfə Ukrayna çempionatının gümüş, iki dəfə bürünc medalını qazanıb. 1 dəfə Ukrayna kubokunun qalibi, 1 dəfə isə finalçısı olub. Eyni zamanda Şelayev həm də "Dnepr"in tarixi ərzində Ukrayna çempionatında ən çox forma geymiş futboçudur - 206 matç.
Qeyd edək ki, bir müddət əvvəl Şelayevin "Bakı"ya keçəcəyi gündəmdə idi.
Beləliklə, Şelayev Azərbaycan premyer-liqasında oynayacaq dünya çempionatının iştirakçısı olan sayca ikinci futbolçudur. Xatırladaq ki, “Bakı”nın qapıçısı Xalidu Sissoko da 2002-ci ildə Seneqal millisinin heyətində mundial həyəcanı yaşayıb.
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı
Almaniya millisi baş məşqçisi ilə sağollaşır?
Yamaldan növbəti rekord
Rəhim Həsənov hakimlərin qərarlarını təsdiqlədi - Video
"Yuventus" sanksiyalara görə onunla yolları ayıra bilər
Premyer Liqanın ən çox uduzan komandası oldular
"Çelsi" uduzsa, Fernandes klubdan gedəcək?
Həm dubl etdi, həm cəzalı duruma düşdü
İran DÇ-2026-da iştirakdan imtina etdi - Rəsmi
Kurban Berdıyevin cəzası azaldıldı
Azərbaycan millisinin oyununun biletləri satışa çıxarıldı
Flik: "Kamp Nou"da fərqli oynayacağıq"
İtaliya klubunda yeni baş məşqçi
"Şəmkir" klubuna texniki məğlubiyyət verildi
AFFA "Neftçi"ni 23 min manat cərimələdi
"Sabah" və "Qarabağ"ın məşqçilərinə sərt cəza - Video
Osimhendən emosional paylaşım: "Heç vaxt unutmayacam"
"Sabah"ın qapıçısı Qazaxıstan klubundan təklif alıb
“Trabzonspor”un məşqçisi vəfat etdi
"Şamaxı" "Sportinq"in sabiq futbolçusunu transfer etdi
Eddi Hau: "İnsanları çaşdıra biləcəyimizi göstərdik"
"Tramp İranın DÇ-2026-da iştirak edə biləcəyini təsdiqlədi"
ÇL-in oyunları bu kanallarda
Slot "Qalatasaray"a məğlubiyyətdən danışdı
Mikels dublla "yubiley"ə qovuşdu
"Bavariya" "Atalanta"nı belə atəşə tutdu - Video
1-ci liqa: Lider autsayderin qonağı olacaq
“Azərbaycan liqasına qayıtmaq istəmirəm” – Cəlal Hüseynov
"Tottenhem" tarixində belə uğursuz olmamışdı
"Real" "Mançester Siti"yə, PSJ "Çelsi"yə qarşı
Yeni klubu Nərimanı belə təqdim etdi - Video
“Liverpul"un İstanbul məğlubiyyəti - Video
Okan Buruk: "Təsadüf olmadığını göstərdik"
Üç Azərbaycan güləşçisi finalda - Birinin rəqibi ermənidir
"San Paulu"nun yeni baş məşqçisi açıqlandı
Azərbaycan güləşçiləri 1 günə 5 medal qazandılar