“Bir həftə Ukraynada olduq. Orada çox yaxşı futbolçular var idi. Oyunlarını da çox bəyəndik. Amma razılaşa bilmədik. Daha doğrusu, Ukraynadan heç kim gəlib Azərbaycanda futbol oynamaq istəmir”. Bu sözləri Qol.Az-a bir müddət öncə Ukraynada futbolçu axtarışında olan “Qəbələ”nin seleksiyaçı məşqçisi Vidadi Rzayev deyib. O, fikrini belə əsaslandırıb: “Çünki, Azərbaycan futbolu çox zəifdir. Orada yalnız “Neftçi”nin adını eşidiblər. O da SSRİ dönəmindəki çıxışlarına görə. Hazırkı Azərbaycan futbolu haqqında isə heç bir məlumatları yoxdur. Onların futbolu inkişaf etdiyindən bizim kimi futbolu geridə qalmış ölkələrlə maraqlanmırlar. Bir neçə cavan, istedadlı futbolçunu bəyənib söhbət etdik. Amma qəti surətdə Azərbaycana gəlməkdən imtina etdilər. Təsəvvür edin, Ukraynanın birinci dəstə klubunun futbolçusu belə bura gəlmək istəmir. Halbuki oradakından qat-qat çox pul qazana bilər. Amma onları ilk növbədə pul yox, karyera düşündürür. Heç valideynləri də, övladlarını Azərbaycana buraxmaq istəmirlər”.
“İmişli”də yeni qapıçı
"Fənərbaxça" yeni transferini açıqladı
"Atalanta" onu "Nyukasl"a buraxmır
Patrik Vieyra onun transferinin qarşısını aldı
"Mançester Yunayted"in yeni hədəfi bilindi
"Şamaxı"dan legioner transferi - Rəsmi
Yalnız "Tottenhem"i istəyir
"Arsenal" Gyökereşin transferinə yaxınlaşır
"Qarabağ" və "Zirə"dən daha çox transfer gözləntiləri var"
"Portu"nun yeni baş məşqçisi açıqlandı
Subimendi "Arsenal"da - Rəsmi
Musiala bu gün əməliyyat ediləcək
"Liverpul"un mövsümöncəsi məşqi təxirə salınıb
“Real” 23 illik rekordu yenilədi
Messi yenə rəqibi bir-birinə qatdı - Video