“Ötən mövsüm qeydə alınmış nəticələr bizi qane edə bilməzdi. “Xəzər Lənkəran” kimi komanda ən azı avrokubok zonasına düşməli idi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran”ın rəsmi internet saytına verdiyi açıqlamada klub prezidenti Mais Mənsimov İqor Ponomarhyovun klubdan ayrılmasına münasibət bildirərkən deyib. Ponomaryovla yollarını ayırmalarına baxmayaraq, klub başçısı bildirib ki, komandanın uğursuz çıxışının günüt günahı Ponomaryovun boynunda deyil: “Əslində, ötən mövsümki uğursuzluqları tam olaraq Ponomaryovun üzərinə atmaq da düzgün deyil. O, komandanı doğrudan da çətin vəziyyətdə qəbul etmişdi. Lakin məsələnin bütün tərəflərini götür-qoy etdikdən sonra Ponomaryova ayrılmağı təklif etdik. Onunla komandanın yeni ruha ehtiyac duyduğu barədə fikrimiz üst-üstə düşdü. Əlbətdə ki, azarkeşlərimizin istəyi də bizim üçün əhəmiyyət daşıyır. Ponomaryov onların ümidlərini doğrultmadı və bundan sonra hər uğursuzluqdan sonra “istefa, istefa” sədalarıyla qarşılaşmaq perspektivi altında işləmək ona çətin olardı”.
Sonda klub prezidenti “Xəzər Lənkəran”da işlədiyi dönəmdə göstərdiyi çabalara görə İqor Ponomaryova təşəkkür edib və qarşıdakı fəaliyyətində uğurlar arzulayıb.
Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı