"Xəzər-Lənkəran" baş məşqçi İqor Ponomaryovu istefaya gönərib. Qol.Az-ın məlumatına görə, bu qərarı klub rəhbərliyi qəbul edib və məsəldən hazırda İsveçdə dincələn Ponomaryovun özünü də xəbərdar ediblər. Klubun mətbuat xidmətinin rähbäri Tural Əsgərov da klub tərəfindən rəsmi mövqeyi ortaya qoyaraq məlumatı təsdiqləyib. Əsgərovun sözlərinə görə, klub rəhbərliyi olimpiya çempionu ilä başa çatan mövsümü birlikdə müzakirə etdikdən sonra bu qərarı qəbul edib. Yəni, tərəflərdən heç biri qərardan narazı qalmayıb və Ponomaryov "Xəzər-Lənkəran"dan qarşılıqlı razılaşma əsasında ayrılıb. Lənkəran klubunun yeni baş məşqçisinin adı yaxın günlərdə məlum olacaq.
Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı