“Terek” – “Rubin” oyununda qalmaqal (VİDEO)

“Terek” – “Rubin” oyununda qalmaqal (VİDEO)
VİDEO 18 Mart 2013 / 13:09 2748
-  A +

Rusiya Premyer Liqasında dünən baş tutan “Terek” – “Rubin” oyununda qalmaqal yaşanıb.

Qol.Az-ın məlumatına görə, oyunun 87-ci dəqiqəsində türkiyəli futbolçu Gökdəniz Qaradənizə qarşı kobud oyundan sonra meydan sahiblərinin futbolçusu Rizvan Utseyev ikinci sarı vərəqə alaraq meydandan qovulub. Bu isə tribunaya yığışan azarkeşlərin hiddətinə səbəb olub.

Bu zaman stadionda səsgücləndirici vasitə ilə matçın hakimi Mixail Vilkovu təhqir edilib, o, “satılmış hakim” adlandırıb. “Sport-ekspress” qəzeti yazır ki, həmin ifadələri işlədən stadionun diktoru yox, Çeşenistanın prezidenti, “Terek”in fəxri prezidenti Ramzan Kadırov olub.
 
Qeyd edək ki, bu insident səbəbindən Qroznı stadionunun cəzalandırılacağı gözlənilir.



Son xəbərlər