Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov İspaniya ilə dünənki oyundan sonra Berti Foqtsun səsləndirdiyi “Bu gün millidə oynayanlar Azərbaycanın ən güclü futbolçularıdır. Əgər kənarda qalan varsa, buyurun göstərin” fikrilə razılaşmadığını deyib. Qol.Az-ın əməkdaşı ilə söhbətində Mircavadov əksinə düşündüyünü söyləyib: «Necə yəni kənarda qalan yoxdur? Mən elə düşünürəm ki, var. Məsələn, Rahid Əmirquliyev, Elvin Məmmədov dünən meydanda olmalı idi. Düzdür, onlar U-21 düşərgəsində İngiltərədəydilər. Amma bunun özü də maraqlıdır. Əgər həmin futbolçular güclüdürlərsə, niyə U-21-in düşərgəsinə göndəriliblər? Yox, zəifdirlərsə, o zaman niyə əsas millinin hazırlığına cəlb olunurlar? Bundan başqa, bu gün milli komandada Mahmud Qurbanovun da xidmətindən istifadə olunmalıdır. Ən azından oyunun müəyyən hissəsində. Məsələn, o günü baxıram, Lixtenşteynlə oyunda Finlandiya millisinin baş məşqçisi 37 yaşlı Yari Litmaneni oyuna buraxdı. 37 yaşı var, amma, ikinci qolun ötürməsini verdi. Bizdə də, Mahmudun xidmətindən bu cür istifadə oluna bilər. Cavanlaşdırma anlayışını mən başa düşmürəm. Adından da göründüyü kimi bu, “milli-seçmə” komandadır. Demək burada cavan, yaxud qoca yox, kim güclüdür, o, oynamalıdır”.
Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas
"Hələ belə məğlubiyyətlə üzləşməmişdim" - Kaxaber Sxadadze
Fransa klubu qapıçısı ilə müqaviləni yenilədi
"Komandanın öyrəşdiyi sistemi dəyişdirmək asan deyil"