“Mən bir şeyi başa düşə bilmirəm. Bizdə bir sistem var, ya yox? Axı bütün dünyada belə bir sistem qəbul olunub ki, əsas komanda hansı sistemlə oynayırsa, bütün milli komandalar da eyni sistemlə oynamalıdırlar. U-15-dən tutmuş, U-21-ə kimi. Mən 2002-ci ildə Barselonada 2 həftəlik kursda olanda bunu müşahidə elədim. Canlı olaraq İspaniya ilə Portuqaliyanın oyununa baxdım. Sonra həmin komandaların olimpiya millilərinin də qarşılaşmasına baxdım və canlı şahidi oldum ki, hər ikisi eyni sistemlə oynayırdı. Amma bizdə bu, yoxdur. Eşitdiyimə görə, U-21-də İngiltərəyə biyabırçı hesabla uduzub. Bu, mütləq təhlil edilməlidir, özü də çox ciddi şəkildə. Həmin futbolçular Azərbaycan millisinin gələcəyidir”. Bu sözləri Qol.Az-a Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib. Mircavadov dünənki Azərbaycan-İspaniya qarşılaşmasına da toxunub: “İspaniya ilə oyun bir daha göstərdi ki, bizdə orta xətt yoxdur. Rəqibdə motivasiya güclü idi. Çünki onlar buradan Konfederasiyalar Kubokuna yollanacaqdılar. Bu mənada qələbə qazanıb həmin turnirə yüksək-əhval ruhiyyə ilə yollanmaq istəyirdilər. Nəticə özü hər şeyi deyir. Amma mən deyərdim ki, bizim onlardan öyrənməli çox şey var. Topu necə saxlamaları, sürətlə necə hücuma çıxmaları, meydanda cəld yerdəyişmələri, bir sözlə, sadaladığım və sadalamadığım hər bir nüansı onlardan baxıb öyrənməliyik”.
Təcrübəli mütəxəssis “dünənki oyun bizə lazım idimi” sualına isə qısaca belə cavab verib: “İspaniya Konfederasiyalar kubokuna hazırlaşığından bu oyun onlara lazım idi. Bizə isə Türkiyə ilə oyun Uelslə matç üçün lazım idi. Amma ispanlarla qarşılaşma... Axı bizim növbəti matçımız bir də avqusta olacaq”.
Ağstafadakı bərabərlik - Video
"Milan" ayrılığı açıqladı
"Real" Endriki icarəyə verdi
"Mançester Yunayted"in 7 hədəfi
İlin ən yaxşısı seçildi
Göygöldəki 7 qol - Video
"Milan" 18 yaşlı hücumçu transfer etdi
Stankoviçin təyinatı açıqlandı
2-ci liqada ilin son oyunları keçirildi
Bu gün İstanbul derbisi var
“Zəfər” Liqasında qalib müəyyənləşdi
"Qarabağ" seneqallı hücumçu üçün təklif göndərib
"Neftçi"də səbrlə gözləmək adəti yoxdur" - Qriqorçuk
"Zaqatala"ya texniki məğlubiyyət verildi
"Zirə"nin qış hazırlıq planı bilindi
Səbuhi Abdullazadə: "Xal qazanmaq üçün əzmkarlıq çatmadı"
Kapitan 100-ü yarıladı
Rafinya Alkantara 32 yaşında karyerasını başa vurdu
FİFA qadağanı ləğv etdi
Azərbaycan millisinin formaları satışda - Şəkillər
"Milan" Divok Origi ilə yolları ayırdı
“Sabah”dan ilk: 10-cu qış çempionu
185 oyunda 447 qol: “Qarabağ”dan üstünlük
“Sumqayıt” hamını qabaqladı
Neymar əməliyyat olundu
"Napoli" Superkuboku belə qazandı - Video
“Atletik” öz meydanında uduzdu
Salah Misirə qələbə qazandırdı
İtaliya Superkubokunun qalibi müəyyənləşdi
“Traktor”dan ardıcıl dördüncü qələbə - ÇL
Türkiyə Superliqasında 2 oyunda 13 qol
"Sabah"ı liderliyə yüksəldən əzmkar qələbəsi - Video
PSJ baş məşqçisi ilə ömürlük müqavilə imzalayır?
"Qış çempionluğu medal qazandırmır" - Valdas Dambrauskas
Benzema Pikassonun milyon avroluq tablosunu aldı
Misli Premyer Liqasında 1 aylıq fasilə başladı
"Sabah"dan böyükhesablı qələbə, qış çempionu oldular
Neymar karyerasının həlledici qərarını verəcək
Bundesliqada il ərzində liderlikdən düşmədilər
A Seriyasında Avstraliya planı təxirə salındı
"Mançester Yunayted" geri addım atdı
Enrike, Mareska, Flik...
"Fənərbaxça"ya transferi gərçəkləşmək üzrədir
"Sumqayıt" - "Sabah": Heyətlər
Qallaher, yoxsa Neves?