AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Yuneyted” – “Real” oyununda türkiyəli hakim Cüneyt Çakırın 56-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Nanini meydandan qovması barədə mübahisələrə səbəb olan qərarını şərh edib.
Hazırda Kiprin Nikosiya şəhərində UEFA tərəfindən milli təlimatçılar üçün seminarda iştirak edən X.Məmmədov Qol.Az-a bildirib ki, tədbir iştirakçıları ilə də bu haqda müzakirə aparıblar: “Hamımızın yekdil rəyi belədir ki, orada Nani tərəfindən rəqibə qarşı açıq aqressiv hərəkət vardı. Buna görə də türk hakim qırmızı vərəqə verməkdə haqlıydı. Amma sarı vərəqə göstərsə də, problem olmazdı. Sadəcə, qırmızı vərəqə bu oyunun ruhuna uyğun deyildi”.
X.Məmmədov bildirib ki, Naniyə qırmızı vərəqə göstərdikdən sonra Cüneyt Çakır özünə inamı itirməyə başlayıb: “Bu da təbiidir. Çakıra futbolçular, azarkeşlər və rəqibib məşqçiləri tərəfindən psixoloji təzyiqlər oldu. Bundan sonra o, xırda səhvlərə yol verməyə başladı. Konkret Serxio Ramosla bağlı epizodda qayda pozulduğu üçün “Real”ın qapısına penalti təyin edilməli idi”.
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi
İsmail Kartal “Fənərbaxça”da qaldı - Rəsmi
Mahirin komandasından Polşa çempionatında ilk qələbə
Ayxan Abbasov Polşaya getdi
Akrobatik zərbə, möhtəşəm qol - Video
Vernidub: “Belə oynamağa haqqımız yoxdur”
“Çelsi” onunla müqaviləsini uzatdı
"Neftçi" "İmişli"yə qalib gəldi
Kuadradonun yeni klubu açıqlandı
"Barselona"dan Həmzə ilə yeni müqavilə
Yakiroviç Premyer Liqada bütün məşqçiləri qabaqladı
Əfsanəvi futbolçu Dambrauskasdan müsahibə aldı - Video
"İmişli" - "Neftçi": Heyətlər