"Qəbələ" klubunun hücumçusu Viktor Mendinin Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə müsahibəsi
- İlk öncə komandanın təlim-məşq toplanışları haqda fikirlərini öyrənək. Hazırlıq mərhələsi necə keçir?
- Mingəçevir təlim-məşq toplanışı çox gərgin keçdi. Orada əsasən fiziki hazırlıq üzrə çalışdıq və müəyyən qədər buna nail olduq. Daha sonra Antalyaya gəldik və hazırlığımızı burada davam etdiririk. Komandada hər şey qaydasındadır.
- Artıq Antalyada ilk matçınızı keçirdiniz. Bu oyun haqda qısaca fikirlərini bölüşərdin...
- Mingəçevirdə gərgin çalışdığımız üçün çox yorulmuşduq. Ona görə də ilk oyunumuz yaxşı alınmadı. Üstəlik bəzi zədəli oyunçularımız var idi. Lakin həvəsdən düşmürük. Ümid edirəm ki, növbəti oyunda daha yaxşı çıxış edəcəyik.
- Növbəti oyun demişkən, artıq bu gün yoxlama oyunu çərçivəsində Ukraynanın "Volın" komandası ilə qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsən?
- Bu futboldur. Burada hər şey ola bilər. Bəzən qalib gəlirsən, bəzən də məğlub olursan. Ancaq bizim taktiki səhvlər üzərində işləməyimiz üçün vaxtımız var idi. Öz üzərimizdə daha çox işlədik. Ona görə də "Volın"la oyunda istənilən hesab qeydə alına bilər. Rəqib "İnqolştadt"dan güclü olsa da, bizim də qələbə qazanmağımız mümkündür. Biz bütün oyunlara qələbə üçün çıxırıq. Bu gün də həmçinin məqsədimiz yalnız qələbə olacaq.
- "Qəbələ"nin düşərgəsinə baxışa bir neçə futbolçu gəlib. İlk oyundan sonra bir təcrübəli futbolçu kimi onların çıxışını necə dəyərləndirirsən?
- Həmin futbolçular haqda nəsə söyləmək mənim işim deyil. Bu, baş məşqçinin işidir. Əgər baş məşqçi Ramiz Məmmədov onları komandaya dəvət edibsə, biz bu haqda heç nə deyə bilmərik. Lakin onu deyim ki, həmin futbolçular heç də pis təsir bağışlamadılar. Bizim də əsas məqsədimiz burada yaxşı hazırlıq keçərək Premyer Liqanın növbəti oyunlarına tam hazır olmaqdır. İnanıram ki, bizdə hər şey yaxşı alınacaq.
- Baxışda olan futbolçulardan biri də Mustafa Dabodur, hansı ki, o da hücumçudur. Sənin də hücumçu olduğunu və bu mövqedə rəqabətin güclənəcəyini nəzərə alsaq, onun komandaya mümkün transferi səni qorxutmur ki?
- Yox, qətiyyən. O da mənim dostumdur. Əksinə mən rəqabəti sevirəm. Avropada çıxış edərkən də bizim komandada belə güclü rəqabətlər olurdu. Sağlam rəqabət mənə əlavə həyəcan gətirir. Mustafa Dabonu da bir vaxtlar Türkiyə Superliqasında çıxış edən "Bucaspor"dan tanıyırdım. Həmin vaxt Dabo komandaya baxışa gəlmişdi. Ümid edirəm ki, onun bizə köməyi dəyəcək.
- Bir vaxtlar sən də Türkiyə Superliqasında forma geyinmisən. Səncə, hazırkı vəziyyətdə Superliqa ilə Azərbaycan Premyer Liqasını müqayisə etmək olarmı?
- Hazırda Superliqa ilə Premyer Liqanı müqayisə etmək düzgün olmaz. Çünki Superliqanın inkişafı göz qabağındadır. Bununla belə, Azərbaycan futbolu sürətlə inkişaf edir. İnanıram ki, müəyyən vaxtdan sonra Azərbaycan futbolu da Avropa səviyyəsinə çatacaq. Həmin vaxt biz Azərbaycan və Türkiyə futbolunu müqayisə edə bilərik.
- Azərbaycan futbolunda bəyəndiyin və bəyənmədiyin cəhətlər hansılardır?
- Azərbaycan futbolunda sevdiyim cəhət burada özümdən yaşca kiçiklərə təcrübə keçməyim, onlara nəsə öyrətməyimdir. Həmin oyunçularda bunun bəhrəsini görməyim isə məni çox sevindirir. Xoşlamadığım cəhət isə oyunlar zamanı hakimlərin müəyyən səhvlərə yol verməsidir.
- Fevralda Premyer Liqa qış fasiləsi başa çatır. İlk "altılıq" yolunda "Qəbələ"ni qarşıda dörd çətin oyun gözləyir. Necə düşünürsən, "Qəbələ" ilk "altılıq"dakı mövqeyini qoruya biləcək?
- Doğrudur, qarşıda bizi daha dörd gərgin oyun gözləyir. İlk "altılıq"dakı mövqeyimizi qorumaq üçün həmin dörd oyunu uğurlu başa vurmalıyıq. Məhz həmin oyunlardan sonra bilinəcək ki, biz ilk "altılıq"da qalmışıq, ya yox. İndidən nəsə demək çətindir. Çünki hər şey ola bilər.
- Bəs, komandanın bu mövsüm üçün əsas hədəfi nədir?
- Dediyim kimi bütün görüşlər bizim üçün mühüm əhəmiyyət daşıyacaq. Bütün diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik və meydana yalnız qələbə üçün çıxmalıyıq. Əgər bunu bacarsaq, biz avrokuboklara da vəsiqə qazana bilərik.
- Bu mövsüm üçün "Qəbələ"nin əsas rəqibi kimi hansı komandanın adını çəkə bilərsən?
- Bu mövsüm ötən ilki ilə müqayisədə çox çətin keçir. Çünki artıq bütün komandalar qələbə qazanır, ardından məğlub olurlar. Bu isə komandaların inkişafından xəbər verir. Premyer Liqa gərgin məcrada davam edir. Ona görə də istənilən komandaya qarşı oynamaq çətindir. Ancaq bu bizi qorxutmur. Əksinə bütün komandaların inkişafı bizi sevindirir.
Vüsal HÜSEYN
"Qəbələ" "Zaqatala"nı darmadağın etdi - Video
"Barselona" və "Arsenal" onu hədəflədilər
Alba "İnter Mayami" ilə yeni müqavilə imzaladı
“Dünya çempionatında üçlüyə düşmək uğur sayılacaq”
1-ci liqanın çempionu "Qəbələ" mükafatlandırıldı - Video
"Real" İspaniya millisinin oyunçusu ilə danışıqlar aparır
Orxan Məmmədov: “Bu, “Zirə” üçün böyük uğurdur”
"Sevilya"dan ayrılacağını açıqladı
"Xoşbəxtik ki, belə bir mötəbər yarış Bakıda keçiriləcək"
Son Hın-Mini şantaj etdilər, həbs olundular
Mourinyonun Portuqaliya millisini çalışdıracağı iddia edilir
Misli Premyer Liqasının 1 oyununu yayımlayacaq kanal dəyişdi
"Bavariya" məşhur futbolçuya nə qədər maaş təklif edir?
Osimhendən tarixi rekord
Kloze Mahirin son durumunu açıqladı
"Arsenal" növbəti mövsüm bu formalarla oynayacaq - Şəkillər
"Barselona"nın futbolçusu əməliyyat olundu
La Liqanı tərk edəcək daha bir klub məlum oldu
Birinci liqaya düşən "Səbail"in aqibəti necə olacaq?
Di Stefanonun 71 illik rekordunu qırdı
“Nottingem”in futbolçusu komadan ayıldı
7 ölkə Azərbaycandakı MDB Oyunlarında iştirakını təsdiqləyib
"Qarabağ" Abubakarla danışıqlar aparırmı?
AFFA rəhbərliyi FİFA-nın Konqresində
15-ci dəfə ölkə kubokunu qazandılar
"Qəbələ" "Zaqatala"ya qarşı
İtaliya kubokunda sürpriz qalib
"Qalatasaray" Türkiyə kubokunun qalibi oldu
"Bavariya"dan "Monako"ya keçidi rəsmiləşdi
Amorim: "Buradan getmək fikrindən uzağam"
"Leyptsiq"i tərk edir