"Azərbaycan millisinin təklifini düşünmədən qəbul etdim"

"Azərbaycan millisinin təklifini düşünmədən qəbul etdim"
ÖLKƏ FUTBOLU 24 Yanvar 2013 / 15:12 3813
-  A +

"Yeddi yaşımdan "Zenit"də futbolun sirlərinə yiyələnirəm. Bu mövsüm ilk dəfə əvəzedici komandaya qoşulmuşam. Hətta “Rubin”lə 2:2 bərabərə qaldığımız oyunda meydana da çıxdım".

Qol.Az-ın Antalyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri "Zenit"in əvəzedici heyətinin futbolçusu və Azərbaycanın 19 yaşlılardan ibarət millisinin üzvü Elvin Bədəlov "Qəbələ"nin əvəzedici heyətinə qarşı keçirilən oyundan sonra deyib.

Rusiya doğumlu olan E.Bədəlov Azərbaycan millisinin seçməsinə də münasibət bildirib: 

"Hələ 17 yaşım var. Ayın 30-da yığmanın toplanışına qatılacağam. Klubdan milliyə yollanmağıma problem yaratmırlar. Hər şey öncədən razılaşdırılıb. Rusiyada doğulsam da, Azərbaycan yığmasından təklif gələn kimi düşünmədən qəbul etdim. Çünki Azərbaycan mənim vətənimdir”.

Daha çox


Son xəbərlər