Kiyevin “Dinamo” komandasının düşərgəsində olan Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev klubun azarkeşlərinin saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, “Dinamo”ya gəlişi haqda danışan İmamverdiyev qeyd edib ki, Kiyev klubuna keçidini ona meneceri təklif edib. “Futbolçu yoldaşım İqor Mitreski də dedi ki, artıq komandanı dəyişməyin vaxtıdır. Mənim agentim olan Marko bildirdi ki, “Dinamo”ya getmək lazımdır. Mən razılaşdım və dedim ki, alınsa, Kiyevdə qalacağam. Həmçinin mənə bildirildi ki, “Dinamo”nun prezidenti səni komandasına görmək istəyir”.
C.İmamverdiyev qış fasiləsindən sonra hələ tam formada olmadığını söyləyib. O, “Dinamo”nun əsas, yoxsa birinci liqada yarışan ikinci komandasında oynayacağı haqda suala da cavab verib: “Mənim üçün bunun fərqi yoxdur. Əsas müqavilə bağlamaqdır. Hansı komandada oynayacağımı isə klub rəhbərliyi ilə danışıqlar aparan menecer həll edəcək. Amma mən sübut etmək istəyirəm ki, “Dinamo”nun əsas komandasında oynaya bilərəm”.
Cavid İmamverdiyev “Dinamo” azarkeşlərinin onlara azərbaycanlı futbolçunun lazım olmaması haqda fikirlərinə də münasibət bildirib. “Mən sübut edəcəyəm ki, Azərbaycanda da yaxşı futbol və futbolçular var. Əgər müqavilə imzalasam, hamıya göstərəcəyəm ki, Azərbaycanda Cavid İmamverdiyev adında futbolçu var”.
C.İmamverdiyev Zaqreb “Dinamo”sundan və Qroznı “Terek”inin də onunla maraqlandığını bildirib.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu