"Qarabağ" Ukrayna klubuna uduzdu (YENİLƏNİB)

"Qarabağ" Ukrayna klubuna uduzdu (YENİLƏNİB)
ÖLKƏ FUTBOLU 24 Yanvar 2013 / 18:47 5666
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama oyunu keçirib.

Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisinin rəqibi  Ukrayna Premyer Liqasında yarışan "Qoverla" komandası olub. Oyunda "Qarabağ" rəqibinə 1:2 hesabı ilə məğlub olub. Ağdam klubunun qolunu komandada baxışda olan ispaniyalı Manuel Rodriges vurub.


"Qarabağ"dan fərqli olaraq, "Qoverla" öz ölkəsinin çempionatında aşağı pillədədir. Onlar 16 komanda arasında 15-ci yeri tutur.

Xatırladaq ki, "Qarabağ" Antalyada keçiridiyi ilk yoxlama oyununda Rusiya "Ural"ına 3:2 hesabı ilə qalib gəlmişdi. 


17.00. "Qarabağ" - "Qoverla"
- 1:2

Qollar "Qarabağ": Manuel, 70 (1:1)

"Qarabağ": Miro Varvodiç, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Qara Qarayev, Namiq Yusifov, Vüqar Nadirov, Əfran İsmayılov, Riçard Almeyda, Vaqif Cavadov.

Daha çox


Son xəbərlər