“Qəbələ” klubunun yarımmüdadiəçisi Rövşən Əmiraslanovun Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə müsahibəsi
- Komandanın Antalya təlim-məşq toplanışı necə keçir?
- Bildiyiniz kimi komanda ilk təlim-məşq toplanışını Mingəçevirdə keçdi. Həmin toplanış əsasən fiziki hazırlıq xarakteri daşıyırdı. Həmin mərhələni yaxşı keçdik. Antalyada gəldiyimizdən bir gün sonra ayağımda ağrılar başladı. Buna görə də “İnqolştadt”la oyunu da buraxmalı oldum. Hazırda həkimlərin nəzarəti altındayam. Yəqin ki, 1-2 günə yenidən komanda ilə məşqlərə başlayacağam.
- “Qəbələ” Antalyada artıq ilk yoxlama matçını keçirdi və Almaniyanın “İnqolştad” klubuna 3:4 hesabı ilə uduzdu. Bu oyun haqda nə deyərdin?
- Antaıyada ilk oyunumuz idi. Hər kəs istəyirdi ki, özünü yaxşı tərəfdən göstərsin. Baxmayaraq ki, komanda uduzdu, ancaq yaxşı oynadıq. Kimin yaxşı, kimin zəif çıxış etdiyini deyə bilmərəm. Bu, baş məşqçinin işidir. Komandanın heyətində yeni gələn futbolçular var. Onlar hələ komandaya uyğunlaşmayıblar. Ancaq bir-iki oyundan sonra komandanın ümumi çıxışı haqda nəsə söyləmək olar.
- “İnqolştadt” klubunun türkiyəli futbolçusu Ümit Qorxmaz oyundan sonra “Qəbələ”nin yaxşı komanda olduğunu, ancaq fiziki cəhətdən çatdırmadığını bildirib. Sən necə, bu fikirlə razısan?
- Bu fikirlə razı deyiləm. Doğrudur, komandada yeni futbolçular var və onlardan bəziləri fiziki cəhətdən hazır deyillər. Bununla belə, komanda olaraq Mingəçevir toplanışında maksimum gücümüzü yığmışıq. Həmin oyunda isə nəzərə almaq lazımdır ki, əsas heyət oyunçuları az idi. Baxışda olan futbolçulara şans verilmişdi. Əgər əsas heyətin üzvləri olsaydı, o zaman başqa oyun olardı. Ona görə də düşünürəm ki, “Qəbələ” fiziki cəhətdən heç də zəif deyil.
- Yeri gəlmişkən, Almaniya təmsilçisi Azərbaycan Premyer Liqasının hazırki lideri və sabiq komandan “İnter”i də 3:1 hesabı ilə məğlub etdi...
- Təbii ki, “İnter” güclü komandadır. Premyer Liqanın hazırki lideridir. Lakin nəzərə almaq lazımdır ki, rəqib də zəif deyildi. Almanlar baxımlı oyun sərgiləyirdilər. Elə bunun nəticəsi idi ki, onlar həm “Qəbələ”, həm də “İnter”i məğlub etdilər. Lakin bu oyunlar bizim üçün kəşfiyyat xarakteri daşıyırdı.
- Komandaya yeni gələn və baxışda olan futbolçular haqda nə deyə bilərsən?
-Yeni gələn futbolçulardan bir neçəsi “İnqolştadt”la oyunda özlərini yaxşı tərəfdən göstərdilər. Yerli oyunçulara gəldikdə isə Ceyhun Sultanov və Emin İmaməliyev karyeralarında öz sözlərini deyiblər. Yaxşı komandalar çıxış ediblər. Amit Quluzadəyə gəldikdə isə o çox istedadlı futbolçudur. Türkiyə çempionatında çıxış edib və çox təcrübəli oyunçudur. İnşallah, bütün futbolçuların komandaya faydası olar.
- Həmin futbolçuların gəlişi “Qəbələ”də yarımmüdafiə xəttində rəqabəti bir qədər də artırıb. Bu səni qorxutmur ki?
- Rəqabət yaxşıdır. Bundan qətiyyən çəkinmirəm. Sağlam rəqabət varsa, bu, həm futbolçular, həm də komanda üçün faydalı olur. İnanıram ki, rəqabət olan yerdə, nəticə də olacaq.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu