Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo ilə komandanın qapıçısı İker Kasilyas arasında gərginlik davam edir.
Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kasilyas Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası tərəfindən 2012-ci ilin ən yaxşı qapıçısı adına layiq görülsə də, nə Mourinyo, nə onun köməkçiləri futbolçunu təbrik edib.
Məşqçilərdən fərqli olaraq, Kasilyasın komanda yoldaşları ilk məşq günündə futbolçuya təbriklərini çatdırıb, onu dünya futbolunun əsl ulduzu hesab etdiklərini deyiblər.
Xatırladaq ki, Mourinyo ilə Kasilyas arasında münasibətlər ötən ilin sonlarında, portuqaliyalı mütəxəssisin “Real”ın kapitanını ehtiyatda saxlamasından sonra daha da soyuyub.
"Qarabağ"a rəqib oldular
Növbəti Bundesliqa matçı təxirə salındı
Serxio Ramos bu dəfə gücünü rinqdə sınadı - Video
"Real"ın məşqçilər heyəti müəyyənləşdi
"Fənərbaxça" ərəblərdən futbolçu almağa hazırlaşır
Hakan Çalhanoğlu sıradan çıxdı
Yarımmüdafiəçi qolları ilə komandasının ən yaxşısı seçildi