AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə Azərbaycan çempionatlarında ilginc hadisələr baş verir.
Qol.Az-ın məlumatına görə, aşağı liqaların sponsorlarının mövcud olmasına baxmayaraq, bəzi komandalar matçlarda iştirak etmirlər. Məsələn, “U 14” liqasında bir komanda - “Bakı-008”üçüncü dəfə oyunlara gəlmədiyi üçün yarışlardan kənarlaşdırılıb.
Və ya U-16 Liqasının RİOEUGİM – “Turan” matçında “Turan” klubu iştirak etməyib, buna görə 0:3 hesablı texniki məğlubiyyət alıb.
"Kapital U-15 Liqa"nın “Xəzər Lənkəran” – “Simurq” matçında isə “Simurq”, U-14 Liqasının “Xaçmaz” – ŞKGB matçında ŞKGB klubu iştirak etməyib. U-14 Liqasının UGİM (Qax) – UGİM (Ağdaş) matçında isə UGİM (Qax) klubu tam heyətlə iştirak etməyib. "Coca-Cola U-13 Liqası"nın UGİM (Ağdaş) – “Simurq” görüşündə isə analoqsuz hadisə baş verib. Yerli komanda oyuna çıxmayıb.
Ümumiyyətlə, aşağı liqalarda bir komandanın oyuna getməməsi və digər nöqsanlar az qala ənənə halını alıb. Maraqlıdır ki, federasiya tərəfindən bir komandanın səfər xərci üçün köməklik də edilmir. Hər halda, əgər bu baş versəydi, o zaman aşağı liqalarda yuxarı sadaladığımız, hər turda təkrarlanan biabırçı faklar qeydə alınmazdı. Bu mənada, maraqlıdır, Azərbaycanda uşaq futbolunun inkişafına dövlət tərəfindən AFFA-ya ayrılan vəsait, o cümlədən sponsorlarla bağlanmış müqavilədən götürülən gəlirlər hara və nə üçün xərclənir?
Aşağı liqalarda diqqət çəkən digər məqam “lipa” futbolçuların çoxluğudur.
Belə ki, AFFA İntizam Komitəsinin bu gün çıxardığı qərara əsasan, U-14 Liqasının “Xəzər Lənkəran” – “Lerik” matçında “Lerik” klubunun Şamo Qubadovun əvəzinə başqa futbolçu iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
Daha bir “lipa” futbolçu U-14 Liqasının UGİM (Ağstafa) – UGİM (Tovuz) matçında aşkara çıxıb. Məlum olub ki, UGİM (Tovuz) klubunun heyətində Elvin Sadıqov saxta lisenziya ilə iştirak edib. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Ümumiyyətlə, bu futbolçunun iştirak etdiyi bütün oyunlara görə klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Qeyd edək ki, “lipa” futbolçuların oynadığı digər matç U-14 Liqasının “Masallı” – “Xəzər-92” matçında olub. Həmin görüşdə “Masallı” klubunun heyətində Fuad Abdullayev və Məzahir Cabbarlı saxta lisenziya ilə iştirak ediblər. AFFA İntizam Komitəsi buna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verib. Bu futbolçuların da iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
“Lipa” futbolçular "Coca-Cola U-13 Liqası"nda da qeydə alınıb. “Gənclik Gimnaziya” – “Qoşqar” matçında “Gənclik Gimnaziya” klubunun futbolçusu Qismət Əliyevin əvəzinə başqa futbolçu iştirak etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
"Coca-Cola U-13 Liqası"nın “Yalama” – ŞKGB matçında ŞKGB klubunun futbolçusu Ramin Süleymanovun da əvəzinə başqa futbolçu iştirak edib. Buna görə klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol
Koutinyonun yeni klubu açıqlandı
Cəlal oynadı, komandası 1 xal qazandı
“Roma”dan ardıcıl dördüncü qələbə - Video
Şeydayev oynadı, "Soçi" geridönüş etdi
“Fənərbaxça” səfərdə büdrədi
Rüfətin komandası uduzdu