“Səfərdə oynamağımıza baxmayaraq, Şimali İrlandiya ilə görüşdə ən azı bir xala ümid etmək olar. Düzdü, millimizin heyətində itkilər var. Təcrübəli futbolçuların çıxış etməməsi müdafiəmizdə problemlər yarada bilər. Lakin mətbuatdan oxudum ki, rəqibin də iki əsas futbolçusu bu görüşdə iştirak etməyəcək. Lakin istənilən halda üstünlük meydan sahiblərindədir”.
Qol.Az-ın müxbiri ilə söhbətində bu sözləri Azərbaycan millisinin sabiq futbolçusu Emin İmaməliyev sabah Şimali İrlandiyaya qarşı keçiriləcək DÇ-2014-ün oyunu haqda danışarkən deyib.E.İmaməliyevin fikrincə, millimiz müdafiə futbolu oynasa, bu, onun ziyanına işləyəcək: “Komandamız daha çox topla oynamağa üstünlük verməlidir. Müdafiədə oturmaqla uğur əldə etmək nadir hallarda olur. Yığmamızın əksər oyunları göstərdi ki, müdafiə futbolu bizdə alınmır. Sırf hücum futbolu da oynamaq olmaz. Sadəcə, bacardığımız qədər hücum etmək lazımdır”.
Emin İmaməliyev millinin heyəti barədə də fikir yürüdüb: “Yaxşı olardı ki, legionerlərin yerinə gənc yerli futbolçuları komandaya çağıraydı. Mən milliyə layiq olan, lakin qıraqda qalan bir neçə futbolçunun adını çəkə bilərəm. Son zamanlar “Qarabağ”ın heyətində çempionatın ən yaxşı müdafiəçilərindən olan Qara Qarayevin millidən kənarda qalmasını anlamıram. “Bakı”nın heyətində Rəhman Hacıyev çox cəld və sürətli futbolçudur. “Neftçi”də Cavid İmamverdiyev və Mirhüseyin Seyidov əla təsir bağışlayır. Bu futbolçular da xeyli Avropa təcrübəsi qazanıblar və millidə oynaya bilərlər”.
Əli HƏYATİ
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif