"Qarabağ”ın yarımmüdafiəçisi Əfran İsmayılov komandadan ayrılmaq qərarı verib.
Bu haqda Qol.Az saytına futbolçu özü bildirib. Onun sözlərinə görə, bununla bağlı baş məşqçi Qurban Qurbanovla söhbəti olub.
“Hələ ki, komandadan tam ayrılmamışam. Müqaviləm hələ gələn ilin mayında başa çatır. “Qarabağ”dan getmək haqda fikrimi baş məşqçiyə çatdırdım. Onlar da sağ olsunlar, mənə problem yaratmayacaqlarını bildiriblər. Transferim zamanı da son söz klubda olacaq”.
Əfran İsmayılov başqa bir kluba keçmək istəməsi ilə bağlı qərarını mövsümün gedişatı zamanı açıqlamasını belə izah edib: “Mən ona görə belə addım atdım ki, qəfil gedişim “Qarabağ”a problem yaratmasın. Yəni klub artıq indidən bilir ki, yerimə futbolçu axtarmaq lazımdır”.
Ə.İsmayılov bildirib ki, “Qarabağ”dan getmək haqda qərarını verdikdən sonra baş məşqçi Qurban Qurbanovun istəyi ilə komandada məşq etmir: “Bu onunla bağlıdır ki, gedişatım komandamızın üzvlərinə pis təsir edə bilər”.
Karyerasını “Neftçi”də davam etdirəcəyi ilə bağlı məlumatlara gəlincə, Ə.İsmayılov danışıqlar apardığı klubların adını açıqlamayıb: “Amma “Qarabağ”dan getsəm, yenə də Azərbaycanda oynayacağam”.
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər
“Barselona” Qordonun transferini rəsmən açıqladı
Sterlinq narkotikə görə saxlanıldı
Çempionlar Liqasının finalı bu kanallarda
Otamendinin yeni klubu bəlli oldu
Yenidən A seriyasına yüksəldilər
“Nitsa” Liqa 1-də yerini qorudu
Kubokun finalında 2 qol, 2 qırmızı vərəqə
Messi 1-ci, Ronaldo 4-cü - Tarixin ən yaxşıları
Səudiyyə Ərəbistanından Salaha səxavətli təklif