Mahir Şükürov millinin heyətindən kənarlaşdırıldı

Mahir Şükürov millinin heyətindən kənarlaşdırıldı
ÖLKƏ FUTBOLU 10 Noyabr 2012 / 00:45 2999
-  A +

“Neftçi” komandasının üzvü Mahir Şükürov Azərbaycan milli komandasının heyətindən çıxarılıb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb Şükürovun zədəli olmasıdır.
 
Xatırladaq ki, millimiz DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində noyabrın 14-də, Belfast şəhərində Şimali İrlandiya yığması ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər