“Təəssüf ki, sabahkı oyunda Cavid İmamverdiyev, Bahadır Nəsimov və Rodriqinyo zədələri səbəbindən bizə kömək edə bilməyəcəklər. Mənim “Rubin”dəki kimi çoxlu futbolçum yoxdur”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev “Rubin”lə Avroliqa oyunu ərəfəsində bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, sabahkı qarşılaşmada “Neftçi”nin taktikasında ciddi dəyişiklik olacaq. B.Hacıyev matçda iki yeni yarımmüdafiəçidən istifadə edəcəyini vurğulayıb.
“Neftçi”nin baş məşqçisi qeyd edib ki, Azərbaycanda onlardan tarixi qələbə gözləyirlər: “Mən indi hansı hesabın qeydə alınacağı haqda proqnoz vermək istəmirəm. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Əminəm ki, bizim futbolçular Azərbaycan xalqını sevindirə biləcəklər. Səkkiz oyunla “Bakı”nı çempion etmişəm. İlk dəfə olaraq Azərbaycan klubunu - “Neftçi”ni Avroliqanın qrup mərhələsinə çıxarmışam. Sabah, “Rubin”lə oyunda isə Azərbaycan futbolunda daha bir yeni tarix yazacağıq”.
B.Hacıyev “Neftçi”ni Avroliqanın qrup mərhələsinə çıxardıqdan sonra ona xarici klublardan dəvət gəldiyini bildirib: “Sabahkı görüşdə mənim komandamın oyununa baxmaq üçün xaricdən iki menecer gələcək. Mən Sadıq Sadıqovun prezidenti olduğu “Neftçi”də işləməklə fəxr edirəm”.
B.Hacıyev onunla maraqlanan klubların adlarını çəkməyib: “Mənim hələ “Neftçi” ilə müqaviləm var. Əcnəbilərə də bildirmişəm ki, gələn ilin may ayından sonra işləyə bilərəm. Mümkündür ki, bu, Rusiya olsun. Açığı, bir neçə il xarici ölkədə çalışmaq istəyirəm”.
Messidən sonra Argentina millisi ilk oyunlarına hazırlaşır
Ronaldonun klubu ağır məğlubiyyətlə üzləşdi
AFFA-da yeni təyinatlar
Mahir oynadı, komandası uduzdu
Mundiala aparılmadı, millidən getmək qərarı verdi
Azarkeş “Barselona”nın futbolçusuna hücum etdi
Zidan Deşamın çağırmadığı futbolçulara şans verir
Derbidəki VAR qərarı hakimlərə baha başa gəldi
Keyndən “Qızıl top”la bağlı qərar
"Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir"
İkardinin “Latsio”ya transferi təxirə düşdü
"Heç kimdən üzr istəməyəcəyəm"
Ronaldo “Əl-Nəsr”i almağa hazırlaşır?
Misli.az-da "Sürətlə Yeni Mövsümə" kampaniyası başladı!
“Bayer”dən Benzema açıqlaması
La Liqanı Premyer Liqa ilə müqayisə etdi
Simon Banza Yunanıstan klubuna keçdi
Puxaç: "Onların dəyəri yüz milyonlarla avrodur" - Video
"Araz-Naxçıvan" iki legioner futzalçı transfer etdi
Azərbaycan 1-ci liqasının nöqsanları
Çempionlar Liqasının finalları bu şəhərlərdə
"Trabzonspor" onunla danışıqlara başladı
UEFA Superkuboku Qazaxıstanda - Rəsmi
Qalmaqallı VAR qərarına görə hakimlər cəzalandırıldı
"Arsenal"dan Arteta qərarı
AFFA "Kəpəz"i cərimələdi
Rodri: "Çempionlar Liqasının favoriti deyilik"
"Fənərbaxça"nın uğursuz çıxışı tənqid olunur
“Əsas millimizdə oynamaq istəyirəm. Niyə də yox?” - Video
"Milan"dan ayrılan Bennaser Qətər klubuna keçdi
PSJ-də itki
Kivu: "Mükəmməl deyilik"
Azərbaycandan ayrıldı, aşağı liqa klubuna keçdi
"Sabahın ulduzları": "Zirə" və "Sabah"dan qələbə
Murad Musayev: "Qol vurmaq problemə çevrilib" - Video
8 həftə oynamayacaq
Vüsal İsgəndərlidən bu mövsümdə 4-cü qol