AFFA milli komandaların baş məşqçilərini dəyişdirdi

AFFA milli komandaların baş məşqçilərini dəyişdirdi
ÖLKƏ FUTBOLU 6 Noyabr 2012 / 11:40 2350
-  A +

AFFA Azərbaycan yığma komandalarının baş məşqçi vəzifələrində dəyişikliklər edib.

Qol.Az-ın məlumatına görə, 17 yaşlılardan ibarət yığmanın (U-17) çalışdırıcısı Təbriz Həsənov vəzifəsindən azad olunub. O, bundan sonra U-15-i çalışdıracaq. Bu millinin baş məşqçisi olan almaniyalı Nikolay Adam isə Həsənovu U-17-də əvəzləyib.

Millimizin sabiq kapitanı Aslan Kərimov isə U-16-nin baş məşqçisi təyin olunub. Bu vəzifəni də daşıyan Adam həmin postdan da ayrılıb.

Mənbə: affa.az

Daha çox


Son xəbərlər