Azərbaycan Premyer Liqasında futbolçu ilə hakim arasında yaranan mübahisənin sübutu üçün hakimlərin səslərinin yazılmasına ehtiyac yoxdur.
Bunu “Trend”ə açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
"Oyunda dörd hakimin hamısında qulaqcıq olur. Əgər hər hansı hakim futbolçunu təhqir edərsə, onlardan biri mövcud reallığı deyər".
Qeyd edək ki, İngiltərə Futbol Assosiasiyasında (İFA) hakimlərin matç zamanı işlətdikləri ifadələrin audioyazıya alınması imkanları nəzərdən keçirilir. Buna səbəb ölkə çempionatının 9-cu turu çərçivəsində "Çelsi" - "Mançester Yunayted" (2:3) oyununda Mark Klattenburqun iştirakı ilə baş verən hadisə olub.
Xatırladaq ki, oktyabrın 28-də baş tutan həmin görüşdən sonra "Çelsi" Klattenburqu komandanın iki oyunçusunu, o cümlədən qaradərili futbolçu Obi Mikeli təhqir etməkdə günahlandırıb. Müvafiq şikayət federasiyaya göndərilib. Hakim isə deyilənləri inkar edir.
R.Musayev bildirib ki, Azərbaycanda hakimliyin səviyyəsi xarici ölkələrin çempionatları ilə müqayisədə yüksəkdir.
"Azərbaycan Premyer Liqasında hakim səhvinə görə cəzalar da, tənbehlər də olur. Azərbaycanda hakimlərin qərəzindən söhbət gedə bilməz. Azərbaycanda hakimliyin səviyyəsi qonşu ölkələrlə müqayisədə yüksəkdir. Buna görə AFFA prezidenti Rövnəq Abdullayevə, baş katib Elxan Məmmədova, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədova təşəkkür edirəm", - deyə PFL prezidenti qeyd edib.
Futbolda danışılmış oyunlara görə cəzaların sərtləşdirilməsi məsələsinə gəlincə, R.Musayev buna lüzum olmadığını deyib: "Rəhbərlik etdiyim beş il ərzində Azərbaycanda danışılmış oyunla bağlı hər hansı rəsmi şikayət daxil olmayıb".
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi