"Xəzər Lənkəran" bütün gücündən istifadə etdi"

"Xəzər Lənkəran" bütün gücündən istifadə etdi"
ÖLKƏ FUTBOLU 4 Noyabr 2012 / 18:31 4578
-  A +

“İlk növbədə Yuni Hüseynova və komanda rəhbərliyinə minnətdarlığımı bildirirəm. Komandanın vəziyyəti gərgin olsa da, mütləq qələbə qazanmalı idik. Buna nail olduq”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun məşqçisi Erik Roketa “Rəvan”la oyundan sonra (4:0) keçirilən mətbuat konfransında deyib.

Roketa həftə ərzində keçirdikləri hazırlıqların öz nəticəsini göstərdini bildirib: “Bütün gücümüzdən istifadə etdik, hücum qurarkən cinahlardan daha çox yararlandıq. Bizim də oyunda səhvlərimiz oldu. İkinci qoldan sonra komanda daha soyuqqanlı oynadı. Futbolçulara təşəkkürümü bildirirəm”.

Daha çox


Son xəbərlər
22.12.25  18:07

Qallaher, yoxsa Neves?