"Bizi öz silahımızla vurdular"

"Bizi öz silahımızla vurdular"
ÖLKƏ FUTBOLU 4 Noyabr 2012 / 17:35 2959
-  A +

”Qarabağ” klubunu layiqli qələbə ilə təbrik edirəm. Bizdən üstün oynadılar. Qalib gəlsəydik turnir cədvəlində rəqiblərimizdən aralana bilərdik. “Qarabağ” bizi öz silahımızla vurdu, oyun boyu pressinq elədi”.

Qol.Az-ın məlumatına görə, AZAL-ın baş məşqçisi Vaqif Sadıqov “Qarabağ”a məğlub olduqları (0:2) oyunu şərh edərkən belə deyib.

Sadıqov ilk qolda süni oyundan kənar vəziyyət yaratmaq istədiklərini bildirib:

“Bu gün ən zəif oyunumuzu oynadıq. Problemlərimizi həll etməliyik. Bu il AZAL-dan çox şey tələb etməyək, atdığımız addımlar düzgündür. Gələcək üçün yaxşı komanda yaradacağıq”.

Daha çox


Son xəbərlər