"Portuqaliyaya qarşı çox yaxşı oynadıq və qələbə qazandıq. Artıq bu qələbəni tezliklə unutmalı və qarşıdakı oyuna hazırlaşmalıyıq. Çünki Azərbaycanla oyun bizim üçün daha vacib görüşdür".
Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya millisinin baş məşqçisi Fabio Kapello Portuqaliya ilə görüşdən sonra (1:0) keçirilən mətbuat konfransında deyib.
İtaliyalı mütəxəssis 3 oyundan sonra komandasının qrupdakı vəziyyətini də dəyərləndirib: "Əlbəttə, istənilən qələbə komandada özünəinamı artırır. Portuqaliya kimi komandaları məğlub etdikdə isə özünəinam yüksək həddə çatır. Qrupdakı vəziyyətə gəldikdə biz keçirdiyimiz 3 oyunun hamısında qələbə qazanmışıq. Ancaq qarşıda hələ 8 oyun var. Portuqaliya ilə oyundakı zəfər sadəcə qələbə, 3 xal idi. Qarşıda bizi uzun marafon gözləyir".
Qeyd edək ki, Rusiya millisi oktyabrın 16-da Moskvanın "Lujniki" stadionunda millimizi qəbul edəcək.
"Şamaxı" onu da göndərdi
UEFA Superkubokunda onlar qarşılaşacaqlar
PSJ yenə çempionlar çempionudur!
Onların qolları 8 illik həsrətə son qoydu
Zədəsinə görə mundialı buraxacaq
"Arsenal"dan final antirekordu
"Barselona"dakı gələcəyi bəlli oldu
Haverts Çempionlar Liqası tarixinə düşdü
ABŞ millisinin kapitanı oldu
Kuboka qədər milyonlar qazandılar
PSJ - "Arsenal": Heyətlər açıqlandı
"Real"dan Vinisiusa qarşı sərt mövqe
"Oğlum futbol oynamaq istəmir"
Çempionlar Liqasının finalından öncə kütləvi dava - Video
Aparıcı klubların hədəfinə düşdü
Azərbaycan millisi Fransaya qalib gələrək qrup lideri oldu
"Liverpul" Arne Slotla yolları ayırdı
Azər Bağırov "Kəpəz"dən getdi - Rəsmi
"Şamaxı"dan ayrılanların sayı 12-yə çatdı
Azərbaycan millisinin növbəti məşqi - Şəkillər