Taylandın Pattaya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı davam edir.
Qol.Az-ın məlumatına görə, bu gün 44, 51, 59 və 67 kq çəkidə gənc qızlar arasında qaliblər müəyyənləşəcək.
51 kq çəki dərəcəsində güləşçimiz Patimat Baqomedova yarışa qələbə ilə başlayıb. 1/16 finalda qazaxıstanlı Kristina Yalovenkoya qalib gələn güləşçimiz 1/8 finalda rusiyalı Anjelika Vetoşkinadan üstün olub.
Artıq Baqomedovanın 1/4 finaldakı rəqibi də müəyyənləşib. İdmançımız bu mərhələdə Çin təmsilçisi Çunlinq Yanqla üz-üzə gələcək.
Digər güləşçilərimizdən Aydan Səfərli (44 kq) 1/8 finalda rumıniyalı Madalina Rinquraruyla, Dərya Korin isə ukraynalı Karina Stankova ilə qarşılaşacaq.
44 kq
1/8 final - Aydan SƏFƏRLİ (AZE) - Madalina Rinquraru (ROU)
51 kq
1/16 final - Patimat BAQOMEDOVA (AZE) - Kristina Yalovenko (KAZ) (6:2, 1:2, 4:0)
1/8 final - Anjelika Vetoşkina (RUS) - Patimat BAQOMEDOVA (AZE) (1:0, 0:2, 0:6)
1/4 final - Çunlinq Yanq (CHN) - Patimat BAQOMEDOVA (AZE)
67 kq
1/8 final - Dərya KORİN (AZE) - Karina Stankova (UKR) (0:2, 0:1)
Rüfətin komandası uduzdu
Mahir Emreli növbəti qolunu vurdu
“Mançester Yunayted” Bruno Fernandeşin müqaviləsini uzatdı
"Neftçi" 3 xalı bu qolla qazandı - Video
Yuri Vernidub Rəşad Sadıqova cavab verdi
Sadıqovdan Vernidubla söhbətdə əsəbi reaksiya - Video
"Neftçi" "Zirə"yə, "Şəfa" "İmişli"yə qalib gəldi
“Bavariya”dan Musialanın zədəsi ilə bağlı açıqlaması
"Xankəndi" və "Səbail" qalib gəldilər
Mourinyo Flikə qarşı
UEFA araşdırmaya başladı
"Neftçi" - "Zirə": Heyətlər
Aleks de Souza bu klubun baş məşqçisi oldu
“İmişli”nin baş məşqçisi komandasını tənqid etdi
“Bu qələbəyə ehtiyacımız vardı” - Zaur Həşimov
Azərbaycan boksçuları Dünya kubokunun final mərhələsində
"Real" Diasla müqaviləni uzatdı - Rəsmi