«Neftçi» klubunun baş məşqçisi Böyükağa Hacıyev sabah Kiprin «Apoel» klubuna qarşı keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu ilə bağlı mətbuat konfransı təşkil edib.
Qol.Az-ın məlumatına görə, səhhətindəki problemlər səbəbindən komandanı avrokuboklardakı dörd oyuna çıxara bilməyən Hacıyev öncə artıq özünü yaxşı hiss etdiyini deyib.
«Oyuna gəlincə, sabah bizim üçün tarixi gün olacaq. Biz də bu tarixi yazmaq istəyirik. «Apoel»i dərindən analiz etmişik. Hətta hospitalda yatanda da onların iştirakı ilə keçirilən oyunun kasetinə baxdım. Çox yaxşı komandadır. Ulduz futbolçuları olmasa da, kollektiv oyun oynayırlar. Hamısının boyu eynidir. Amma biz qələbəyə oynayacağıq. Tanıyanlar da bilir, mən heç vaxt qorxaq futbol oynatmamışam. Sabah da bunu görəcəksiniz».
B.Hacıyev köməkçisi Tərlan Əhmədovun fəaliyyətinə də toxunub: «Tərlanın məşqçi təcrübəsi bir qədər az olsa da, taktiki cəhətdən heç bir səhvə yol vermədi».
Enrike, Arteta...
Messi bu oyunu buraxacaq
Bundesliqada hamını geridə qoydu
Millinin qapıçısından Şahruddinə xüsusi hədiyyə - Şəkil
Hakimi qazandığı kuboklarla zirvəyə yüksəldi
Arda Güler yenə fərqlənməyi bacardı
"Dua edirdim ki, ciddi bir şey olmasın"
"Bayer" baş məşqçi böhranı ilə üzləşir
Konate "Liverpul"dan getdi
Əlcəzairin DÇ-2026 heyətində kimlər var?
ÇL-də həftənin rəmzi komandası açıqlandı
Çempionlar Liqasında mövsümün ən yaxşı oyunçusu bilindi
Uruqvay millisinin DÇ-2026 üçün heyəti açıqlandı
"Neftçi"dən təklif alanda çox sevindim" - İqor Ribeyro