Sxadadze "Xəzər Lənkəran"la oyunsonrası insidentdən danışdı

Sxadadze "Xəzər Lənkəran"la oyunsonrası insidentdən danışdı
GÜNDƏM 20 Avqust 2012 / 04:10 2854
-  A +

Ötən gün Azərbaycan Premyer Liqasının üçüncü turu çərçivəsində keçirilən “İnter” – “Xəzər Lənkəran” matçından sonra insident yaşanıb.

Qol.Az-ın məlumatına görə, oyunsonrası “İnter”in hücumçusu Baçana Sxadadze ilə “Xəzər Lənkəran”ın müdafiəçisi Elnur Allahverdiyev arasında mübahisə olub.

Yaşanan qalmaqalla bağlı “İnter”in hücumçusu Baçana Sxadadze klubun saytına bunları deyib:

“Oyunun kifayət qədər gərgin keçdiyini hamı müşahidə etdi. Oyundan sonra da mübahisə və müəyyən qədər gərginlik yaşandı. Təbii ki, belə anların yaşanmasını heç kəs arzulamaz. Lakin, təəssüf ki, zaman-zaman belə hallar baş verir və bu gün də Azərbaycan azarkeşləri belə bir mənzərənin şahidi oldular. Təbii ki, belə mübahisəli anlarda futbolçular müəyyən davranışlara etirazlarını emosional şəkildə bildirməyə çalışırlar və bu zaman müəyyən xoşagəlməz anlaşılmazlıqlar da baş verir”.

Sxadadze Peşəkar Futbol Liqasının əməkdaşına xəsarət yetirməyi barədə yayılan məlumatları isə təkzib edib: “Bu informasiyalar sözün əsl mənasında məni xeyli təəccübləndirdi. Mən həmin anlarda PFL-in əməkdaşına xəsarət yetirməmişəm.Tamamilə yanlış informasiyadır”.

Daha çox


Son xəbərlər