Rəsmi dövlət qəzeti olan “Azərbaycan”ın baş redaktoru, deputat Bəxtiyar Sadıqov London olimpiadasında iştirak edən idmançılarımız haqqında məqalə yazıb.
Qol.Az-ın gunxeber.com saytına istinadən yaydığı xəbərə görə, “Zəhmət, etimad və məsuliyyət” başlıqlı məqalədə məğlub olan idmançılarımız tənqid atəşinə tutulub. Bəxtiyar Sadıqov xüsusilə Elnur Məmmədlini hədəf alıb: “Təəssüf ki, yarışlara hazırlıq mərhələsində kifayət qədər tər tökərək məşq etməyənlər, əvvəllər qazandıqları titullarına güvənərək asan qələbəyə bel bağlayanlarda vardı! Azərbaycan cüdoçuları London Olimpiya Oyunlarında ipponla məğlubiyyətə uğradılar! Bu məğlubiyyətin səbəbi nə idi?”
Bəxtiyar Sadıqov ad çəkməsə də, Cüdo Federasiyasının prezidenti, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovu da tənqid edib: “Yəqin ki, idman mütəxəssisləri, sahəyə cavabdehlik daşıyanlar təhlil və araşdırma apararaq düzgün nəticələr çıxaracaq və müvafiq qərarlar qəbul olunacaq! Necə deyərlər, məsələnin bu cəhəti bizlik deyil! Bizi daha çox mənəvi amillər, etik prinsiplər düşündürür və narahat edir. Azərbaycan bayrağı altında yarışlara qatılan hər kəsin qazandığı nəticə onun “şəxsi işi” sayılmır…
…Nədənsə London olimpiadasında tatami üzərinə çıxan cüdoçularımızda bir süstlük, gözlərində isə qorxu və məğlubiyyətlə barışmaq nişanələri sezilirdi! Onlarda fədakarlıq, tam gücü ilə mübarizə aparmaq istəyi müşahidə olunmurdu. Məşhur bir deyim var: dünənki işinə görə sağ ol, bugünkünə cavab ver. Pekin olimpiadasında Elnur Məmmədli qazandığı qızıl medalla özünə və Azərbaycana şöhrət gətirdi. Bu dəfə də Elnura böyük ümid bəslənirdi. Özü də “qızıl medal gətirməyə gedirəm” deyə vəd vermişdi. Amma… Ulduz xəstəliyi yaman pis şeymiş. Boks üzrə dünya çempionu və olimpiya oyunları mükafatçısı Ağası Məmmədovu da cızığından çıxararaq başqa səmtə apardı. Yüksək ranqlı idmançılar üçün doğma yer “idman zalı” sayılır. O, siyasi tədbirlərdə, təntənəli mərasimlərdə, iaşə obyektlərində nadir hallarda görünməli, tamaşaçıları özünə həsrət qoymalıdır! Idmançının bədənindən zədə, tər qoxusu əskik olmamalıdır! Allah vergisinə və keçmiş uğura güvənib arxayınlaşmaq tezliklə məğlubiyyətə yuvarlanmaq deməkdir. Indi ildə 300 gün və gündə bir neçə dəfə məşq edən istedadlar qalib gəlirlər! Addan və tituldan qorxmayaraq döyüşənlər qalib, asan qələbəyə inananlar isə məğlub olurlar!..
…Görünür, bəzilərini çox əzizləmiş, qədərindən artıq sevmişik!”.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır