Bu gün İngiltərənin paytaxtı Londonda Yay Olimpiya oyunlarının rəsmi açılış mərasimi keçiriləcək.
Qol.Az-ın məlumatına görə, açılış mərasimi Bakı vaxtı ilə saat 01:00-də başlayacaq.
Tədbir adəti üzrə müxtəlif şou-proqram və konsertlə start götürəcək. Ardından isə London olimpiyadasının 204 iştirakçısının hər birinin öz bayrağı və idmançıları ilə paradı təşkil olunacaq.
Olimpiadanın qeyri-rəsmi açılışı isə iki gün öncə baş tutub. İyulun 25-də futbol üzrə qadınlardan ibarət Böyük Britaniya və Yeni Zellandiya yığmalarının görüşü ilə mötəbər turnirə start verilmişdi. Həmin qarşılaşma 1:0 hesabı ilə meydan sahibləri Böyük Britaniyanın xeyrinə başa çatmışdı.
Artıq olimpiadanın bəzi idman növlərinə yeni texnologiyalar da tətbiq olunub. Həmin texnologiyalardan yüngül atletika, üzgüçülük və taekvando idman növlərində istifadə ediləcək.
İrqçilik ittihamları səbəbindən yunanıstanlı atlet Papaxristu Paraskev Londona yollanmayıb. 107 idmançı isə müxtəlif formalarda dopinq testlərindən keçib. Yoxlama testlərinin cavabları müsbət çıxan idmançılar cəzalandırılıblar. Dopinq testləri olimpiya oyunları zamanı da davam etdiriləcək.
Qeyd edək ki, London Olimpiya oyunlarına avqustun 12-də yekun vurulacaq.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər
UEFA rəhbərliyi hakimin qərarlarından razı qalıb
"Arsenal"ın yay planları bəlli oldu
Premyer Liqanın ən uğurlu transferi seçildi
İnyesta baş məşqçi təyin edildi!
TOP-10-a hansı Azərbaycan cüdoçuları düşdü?
La Liqaya son vəsiqə uğrunda onlar yarışacaqlar
FİFA-dan məşqçi və futbolçulara yeni - Qadağa
Daha bir millinin yekun heyəti bilindi - DÇ-2026