“Xəzər Lənkəran” klubunun qapıçısı Kamran Ağayevin Qol.Az saytına müsahibəsi
- Avroliqanın ikinci təsnifat mərhələsində Polşanın “Lex” klubuyla 1:1 hesabıyla bərabərə qaldınız. Rəqibinizin gücü və oyunu haqda nə deyərdin?
- Bəziləri deyir ki, “Lex” əvvəlki kimi güclü deyil. Lakin mən bununla razılaşmıram. “Lex” elə əvvəliki gücdədir. Sadəcə, “Xəzər Lənkəran” öz oyununda artırıb. Lənkərandakı qarşılaşma baxımlı keçdi. Amma qol vurduqdan bir az sonra qapımızda top gördük. Mən bu qolu gözləmirdim. Doğrusu, belə vurulan toplar nadir hallarda qol olur.
- Bu heç-heçəni komandanız üçün qənaətbəxş hesab etmək olar?
- İstərdik ki, ilk oyunda qələbə qazanaq. Heyf ki, bu, bizə ilk görüşdə qismət olmadı. Lakin qarşıda bizi təkrar matç gözləyir. Unutmaq lazım deyil ki, mərhələnin taleyi iki oyunun nəticəsinə uyğun bəlli olur. Əlimizdən gələni etməyə çalışacağıq.
- Buraxılan qolda özünü günahkar hesab edirsən?
- Orada səhv yox idi. Kobud səhv edib topu tutmalı olan halda əlindən buraxanda bu, qapıçının kobud səhvi sayılır. Lakin belə götürəndə qapıçı qol buraxırsa, günahkar hesab edilir. Əslində hər bir vurulan və buraxılan qola on bir nəfər cavabdeh olur.
- Komanda yoldaşlarının bir çoxunun oyunu yaxşı alınmırdı. Xüsusilə Adrian Pit və hücumçunuz Rendal Brenesin oyunu...
- Futbolçular məşqlərdə əlindən gələni edir. Amma məşq ayrıdır. Oyunda hər bir futbolçunun öz fantaziyası da olmalıdır. Ona görə də hər bir futbolçunun qiyməti müxtəlif olur. Hər kəsin öz qiyməti var. “Xəzər Lənkəran”ın futbolçularının hamısı fərdi mənada ustadılar. Ancaq mənim fikrimcə, səfərdəki oyunda komandamız gərək xarakter nümayiş etdirsin. Elə oyunlar olur ki, orada formada olmağın deyil, əsl xarakter nümayiş etdirməyin əsas rol oynayır.
- Hazırda komandanızda ab-hava necədir?
- Belə götürəndə, biz ilk qarşılaşma qurtardıqdan sonra səfər oyununa hazırıq. Mərhələni keçə bilərimi? Məncə, bu işin öhdəsindən gəlməliyik. Tanrı bizə kömək olsun.
- Səfərdə güclü “Lex”i yenməyiniz nə dərəcədə inandırıcıdır?
- Futbolda ev və ya səfər oyunları əsas deyil. Bu gün İspaniya millisi gəlib Azərbaycanda oynasın, və desinlər ki, səfərdə oynayır, uduza bilər. Yəni, bunlar boş söhbətlərdi. Güclü komandanın harda oynamasının fərqi yoxdur. Meydança hər yerdə meydançadır. Düzdü, azarkeş amili var. Lakin “Lex”in fanatlarına baxanda elə biləcəyəm ki, onlar “Xəzər Lənkəran”ın azarkeşləridir. Oturublar orada bizi alqışlayırlar.
- Yəqin ki, Polşada biz az ehtiyatlı oyuna üstünlük verəcəksiniz.
- Xeyr. Lənkəranda hansı futbolu nümayiş etdirmişiksə, Polşada da həmin tərzdə çıxış edəcəcəyik. Lakin yenə də son sözü baş məşqçi deyəcək. Hansı taktikanı seçərsə, canla-başla yerinə yetirməyə hazırıq.
- Əgər, “Lex”i keçə bilsəniz növbəti rəqibiniz AİK (İsveç) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibi olacaq. Bu rəqiblər barəsində hansı fikirdəsən?
- Biz ilk əvvəl gərək “Lex”i keçək ki, sonra digər rəqiblərimizi analiz edək. Bizim üçün rəqibin fərqi yoxdur. Bütün qarşılaşmalarda rəqiblərimizi məğlub etmək haqda düşünürük.
Əli HƏYATİ
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi
ÇL-də həftənin ən yaxşı oyunçusu bilindi
Azərbaycan millisinin məşqçisi Norveç klubunun düşərgəsində
"Çelsi" baş məşqçini göndərə bilər