Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yenidən həmyerlisi Lionel Messini Kriştiano Ronaldo ilə müqayisə edib.
Qol.Az-ın məlumatına görə, "TVR"yə danışan Maradona Ronaldonun heç vaxt Messinin səviyyəsinə çata bilməyəcəyini bildirib:
"Messinin Ronaldonun sərt və güclü zərbələrinə ehtiyac yoxdur. "Leo" ayağındakı topla driblinq edərək asanlıqla istəyinə çatır. Düşünürəm ki, Ronaldo heç vaxt Messinin səviyyəsinə çata bilməyəcək.
2008-ci ildə "Qızıl top" mükafatını alarkən Ronaldo özünə başqa rəqib görmədiyini və hər zaman bir nömrə olacağını bildirmişdi. Artıq bu gün onun ikinci olmaqdan başqa çarəsi yoxdu. Çünki qarşısında Messi kimi güclü rəqibi var".
Qeyd edək ki, Messi ötən mövsüm "Barselona"nın heyətində 73 qola imza atıb.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər