"Atletiko" (Madrid) klubunun türkiyəli yarımmüdafiəçisi Arda Turan yenidən diqqət mərkəzinə düşüb.
Qol.Az-ın məlumatına görə, İspaniya mətbuatına danışan Arda türkiyəli azarkeşlərlə ispaniyalı fanatlar arasında böyük fərqin olduğunu bildirib:
"İspaniyalı azarkeşlər meydandakı mübarizənin fərqindədirlər və futbolu çox yaxşı bilirlər. Buraya gələrkən yaxşı oynayacağıma söz vermişdim. Sözümü də tutdum. Gündəmdə olmasam da, hər zaman yaxşı mübarizə apardım. Türkiyədə futbolu çox sevirlər. Ancaq türk azarkeşlərin futboldan anlayışları yoxdu. Bu baxımdan türkiyəli azarkeşlərlə ispaniyalı fanatlar arasında böyük fərq var".
Qeyd edək ki, ötən mövsüm "Qalatasaray"dan "Atletiko"ya transfer olunan Arda yeni komandasının heyətində Avropa Liqasının qalibi olub.
Yol qəzasına düşdü, 33 yaşında vəfat etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Türkiyə millisindən böyükhesablı qələbə - Yenilənib
Dünyanın ən dəyərli klubları bilindi
"Atletiko" onu buraxmaq istəmir
Paraqvay millisinin DÇ-2026 heyətində kimlər var?
"Şamaxı"dan son 7 gündə - 14-cü futbolçu getdi
Velko Simiç daha 2 il “Sabah”da!
Enrike, Arteta...
"İnter" bu futbolçulardan imtina etdi
İran millisinin mundiala gedəcək yekun heyəti
Millinin futbolçuları Ulu Öndərin xatirəsini yad ediblər