Polşanın Katovitse şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatında sərbəst güləş yarışları başa çatıb. 2-ci yarış günü Azərbaycan pəhləvanları daha bir dəst medal qazanıblar.
Qol.Az-a Güləş Federasiyasından verilən məlumata görə, 63 kq çəki dərəcəsində çıxış edən Ənvərbəy Dalqatov İsrail, Latviya və Ukrayna güləşçilərini məğlub edərək finala çıxıb, həlledici görüşdə isə Bolqarıstan təmçilçisi üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
76 kq çəkidə Məhəmmədhacı Muxutov Ukrayna, Moldova, Gürcüstan və Türkiyə nümayəndələrinə qalib gəlib, qızıl medal uğrunda görüşdə isə Rusiya güləşçisinə uduzaraq 2-ci olub.
54 kq çəkili pəhləvanımız Elçin Vəliyev isə medal kolleksiyamıza bürünc əlavə edib.
Xatırladaq ki, sərbəst güləş yarışlarının ilk günü 5 sərbəst güləşçimiz döşək üzərinə çıxıb ki, onların da hamısı medal qazanıb. 50 kq-da çıxış edən Ruslan Surxayev finalda türkiyəli rəqibinə qalib gələrək Avropa çempionu olub. 42 kq-da Coşğun Məmmədov, 58-də Cahid Həsənzadə və 85-də Çermen Baqayev yalnız finalda uduzaraq gümüş medal qazanıb. 69 kiloqramda yarışan Şamil Sadullayev isə bürünc medala yiyələnib.
Beləliklə, qazanılan 2 qızıl, 4 gümüş və 2 bürünc medal sayəsində Azərbaycan yığması komanda hesabında Rusiya ilə birgə 78 xal toplasa da, qızıl medalların sayına görə Rusiya 1-ci, Azərbaycan 2-ci olub. İlk üçlüyü 48 xalla Ukrayna tamamlayıb.
Bu gün Avropa çempionatında yeniyetmə qızlar mübarizəyə başlayır.
“Barselona” “Feyenoord”u darmadağın etdi
Ramil Şeydayevin komandası məğlub oldu
“Fənərbaxça”dan Rusiya klubuna getdi
"Məğlubiyyət tamamilə mənim günahımdır"
Haaland ən yaxşı bombardirlərdən oldu
“Barselona” onu göndərməyə hazırlaşır
"Şahdağ Qusar" "Karvan-Yevlax"a qalib gəldi
Azərbaycan millisi Moldovaya məğlub oldu
Azərbaycan Kubokunda püşkatma mərasimi keçiriləcək
Kvaratsxeliyadan "Qızıl top" şərhi
“Sabah” özünə inamlıdır, yaxşı pressinq edir” - Maykl Karrik
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
Kurtua Millətlər Liqasında oynamayacaq - Açıqlama
"Mançester Siti"dən ərəb klubuna keçdi
"Kəpəz"in kapitanı məşqdə zədələndi
Flik: “Çempionlar Liqasını qazanmağa qadirik”
Haaland Çempionlar Liqasında daha bir əfsanəni geridə qoydu
Lamin Yamal: “19 yaşında kapitan olmaq şərəfdir"
“Qarabağ”la vidalaşdı - Paylaşımı Azərbaycan dilində etdi